RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



13 Iyun
2019
23:32
792



Azərbaycan və İspaniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib

13 iyun tarixində Bakıda Azərbaycan və İspaniya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Məsləhətləşmələrdə Azərbaycan Respublikasının nümayəndə heyətinə Xarici işlər nazirinin müavini Ramiz Həsənov, İspaniya Krallığının nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirinin müavini Fernando Martin Valenzuela Marzo rəhbərlik edib.

XeberOxu.Az xəbər verir ki, Azərbaycan ilə İspaniya arasında siyasi sahədə münasibətlərdən məmnunluq ifadə edən Ramiz Həsənov, mütəmadi əsasda siyasi məsləhətləşmələrin keçirilməsinin önəminə diqqət çəkib və iki ölkə arasında qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafı baxımından vacibliyini vurğulayıb. Həmçinin iqtisadi və humanitar sahələrdə, xüsusilə də turizm, təhsil, energetika, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji sektorlarında əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edib.

Ramiz Həsənov, hazırda iki ölkə arasında baxılmaqda olan saziş layihələrinin aktuallığının müəyyən edilərək tərəflər arasında ən qısa zamanda razılaşdırılmasına diqqət çəkərək, prioritet istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi məqsədilə müqavilə-hüquq bazasının da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Ramiz Həsənov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verərək, münaqişənin sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında həll edilməsi üçün ATƏT-in Minsk Qrupunun və beynəlxalq birliyin səylərinin artırılmasının zəruriliyini vurğulayıb, Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqeyinin danışıqlar prosesinə ciddi zərbə vurduğunu bildirib.

Fernando Martin Valenzuela Marzo iki ölkə arasında mövcud siyasi münasibətlərin səviyyəsindən məmnunluq ifadə edib, iqtisadi sahədə əməkdaşlıq üçün böyük potensialın olduğu fikri ilə razılaşıb və İspan şirkətlərinin Azərbaycanda fəaliyyətinin artırılması üçün geniş imkanların olduğunu qeyd edib. Həmçinin Fernando Martin Valenzuela Marzo ölkəsinin Azərbaycan üçün həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində etibarlı tərəfdaş olduğunu qeyd edib.

Fernando Martin Valenzuela Marzo Azərbaycanın Kataloniya məsələsinin İspaniyanın Konstitusiyasını rəhbər tutaraq, ölkənin ərazi bütövlüyü əsasında həllinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib, öz növbəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə ədalətli həllinin tərəfdarı olduğunu vurğulayıb və İspaniya tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə dəstək göstərildiyini bildirib.

Tərəflər, həmçinin qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Görüşün sonunda, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İspaniya Krallığının Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirliyi arasında Anlaşma Memorandumu Azərbaycan Respublikasının Xarici işlər nazirinin müavini Ramiz Həsənov və İspaniya Xarici İşlər, Avropa İttifaqı və Əməkdaşlıq Nazirinin müavini Fernando Martin Valenzuela Marzo tərəfindən imzalanıb.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Professor Vidadi Muradov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunub







Vüsal Hüseynov: Azərbaycanda yaşama icazələrinin alınması məsələsində yenilik edilib







Müdafiə Nazirliyi: Ermənistan silahlı bölmələri mülki traktoru snayper atəşinə tutub, itki yoxdur







Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az