RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



14 Iyun
2019
11:35
690



Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bütün dünyada gender bərabərliyi hərəkatının ön sıralarında durur - TÜRK PA Baş katibi

Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bütün dünyada gender bərabərliyi hərəkatının ön sıralarında durur və bu sahədə çoxşaxəli fəaliyyəti ilə öz töhfəsini verməkdədir.

Xeberoxu.az-ın məlumatına görə, bunu Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) Baş katibi Altınbek Mamayusupov Bakıda “Dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında türk dünyası qadınlarının rolu” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, Azərbaycan hələ bir əsr öncə qərb ölkələrinin bir çoxundan əvvəl qadınlara səsvermə hüququ verən dövlət olub: “Hazırda bütün türkdilli ölkələrdə qadınların cəmiyyət və dövlət həyatında rolu müşahidə olunmaqdadır. TÜRKPA-ya üzv ölkələr dayanıqlı inkişafla bağlı məsələlərdə aktivlik göstərirlər. Üzv ölkələrdə gender bərabərliyi ilə bağlı normativ hüquqi baza yaradılıb”. A. Mamayusupov vurğulayıb ki, son illərdə hələ də qadınlar zorakılığın müxtəlif növlərinə məruz qalmaqdadır. O bildirib ki, bu problemlərin aradan qaldırılması istiqamətində addımlar atılır.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Professor Vidadi Muradov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunub







Vüsal Hüseynov: Azərbaycanda yaşama icazələrinin alınması məsələsində yenilik edilib







Müdafiə Nazirliyi: Ermənistan silahlı bölmələri mülki traktoru snayper atəşinə tutub, itki yoxdur







Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az