Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



01 Okt
2019
12:17
246

01
Okt
12:17



Ölkədaxili avtobus marşrutlarının gecə reysləri bərpa olundu

Bu gündən etirabən Bakıdan ölkədaxili şəhərlərarası gecə reysləri bərpa olunub.

Bu barədə XeberOxu.Az Bakı Beynəlxalq Avtovağzal Kompleksinə istinadən xəbər verir.

Gecə saatlarında sərnişindaşıma ilə bağlı 10 ildir tətbiq olunan məhdudiyyət aradan qaldırılıb. Bundan sonra rayonlara və əks istiqamətə gecə saatlarında da təhlükəsiz, rahat, həmçinin qanuni nəqliyyat vasitələri ilə getmək mümkün olacaq.

Gecə reysləri ilə bağlı hazırlıqlar artıq yekunlaşıb. Bu gündən etibarən hər gün (gündəlik) yol infrastrukturu bu reysləri həyata keçirmək üçün uyğun olan, eyni zamanda sərnişin tələbatının çox olduğu Bakı-Gəncə-Bakı, Bakı-Qırmızı Körpü-Bakı, Bakı-Mingəçevir-Bakı, Bakı-Tərtər-Bakı istiqamətlərində müəyyən olunmuş saatlarda həyata keçiriləcək. İlk reys bu gün saat 22:00-da Gəncə istiqamətində yola düşəcək.

Gecə reyslərinin uğurla həyata keçirildiyi təqdirdə və tələbatdan asılı olaraq avtobusların sayının artırılaraq digər istiqamətlərə də tətbiq olunması planlaşdırılır. Reyslər sərnişindaşıma üçün tələb olunan bütün standartlara cavab verən “Neoplan” markalı avtobuslarla həyata keçiriləcək.

Sərnişinlərin təhlükəsizlik daşınması məqsədilə gecə reyslərində fəaliyyət göstərəcək avtobusların sürət həddinə məhdudiyyət qoyulub. Maksimal sürət həddi 90 km/saat müəyyən edilib. Bundan başqa bütün avtobusların içərisində (salonunda) kamera, GPS naviqasiya sistemi və video registratorlar quraşdırılıb və bu da dispetçer tərəfindən avtobusu canlı izləmə imkanı yaradacaq.

Gecə reyslərində çalışacaq sürücülərin hər biri yüksək peşəkarlıq qabiliyyəti olan, xüsusi təlim keçmiş sürücülərdir. Sürücülərə vahid geyim forması tətbiq olunacaq.

Avtobuslarda wi-fi və yol boyu pulsuz çay, qəhvə servisi mövcud olacaq.

Biletləri avtovağzalın kassalarından gündəlik və ya qabaqcadan satış kassalarından səfər tarixinə 10 (on) gün qalmışdan 1(bir) gün qabağa qədər əldə etmək mümkündür. “Onlayn” qaydada bilet sifariş etmək istəyən sərnişinlərsəfər tarixinə 10 gün qalmışdan 1 gün qabağa qədər “avtovagzal.az” saytı və ya mobil tətbiq (həm android, həm ios istifadəçiləri) üzərindən ala bilərlər.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az