Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Iyul
2019
10:17
606

02
Iyul
10:17



Ölkəyə yeni cihazlar gətirildi - Nöqsan olan yerlər sistemə düşür

Bu gün reklam sahəsində əsas nöqsanlardan biri qeydiyyatsız reklamlardır. Görünüşcə şəhər mühitinə uyğun olmayan reklamlar və Azərbaycan dilinin düzgün istifadə olunmaması da reklam sahəsində mövcud olan əsas problemlərdəndir.

XeberOxu.az xəbər veriki,  Bunu Trend-ə açıqlamasında Dövlət Reklam Agentliyinin direktoru Aydın İbadov deyib.

Direktor bildirib ki, Agentlik bu üç istiqamətdə nöqsanları aradan qaldırmağa çalışır: "Obyektlərin sayı çoxdur. Yalnız Bakı şəhərində 22 min satış nöqtəsi, digər obyektlər və 50 mindən çox reklam lövhəsi var. Elə obyektlər var ki, bir neçə reklam lövhəsi yerləşdirir. Bunun hamısını əhatə etmək asan məsələ deyil, o qədər müfəttişlərimiz yoxdur. Ona görə də müasir informasiya texnologiyalarından istifadə edirik. Bunun üçün "street view" sistemindən istifadə etməklə "360 dərəcədə təsbit" texnologiyasını tətbiq etməyə başladıq. ABŞ-da bu cihazı istehsal edən şirkəti tapdıq. Həmin cihaz avtomobilin üzərinə quraşdırılır, avtomobil hərəkətdə olarkən ətrafdakı açıq məkanlardakı reklamları müəyyən edir, onun ölçülərini, növünü, zonasını aydınlaşdırıb sistemə salır. Yəni bu cihaz agentliyin işini xeyli asanlaşdırır. Müfəttişlər vaxt sərf edib hər obyektə getmirlər, yalnız cihazın nöqsan müəyyən etdiyi yerlərə gedirlər".

A.İbadov qeyd edib ki, digər bir cihazla hündür yerlərdə olan reklam lövhələrinin ölçüsü, növü müəyyənləşdirilir və sistemə daxil edilir: "Bu cihazlar ilk növbədə şəffaflığı təmin edir. Yəni heç kimdən heç nə tələb olunmur, müfəttiş heç obyektə də yaxınlaşmır, kənardan reklamın fotosu çəkilir və qeydiyyata salınır. Biz, eyni zamanda ASAN xidmətlə, Vergilər Nazirliyi ilə informasiya mübadiləsi aparırıq. Artıq elə bir sistem yaratmışıq ki, istənilən bir mağaza haqqında məlumatlar, o cümlədən onun zonası, reklam lövhəsinin ölçüsü, rüsumu, sahibinin adı, VÖEN-i, şirkətin adı və digər məlumatları görə bilirik. Bizim məqsədimiz ölkədə fəaliyyət göstərən bütün obyektləri bu cür qeyiyyata salıb reklam bazarının dəyərini müəyyənləşdirməkdir. Çalışırıq ki, sahibkarları incitməyək, ona görə də bizim müfəttişlərimiz daim sahibkarlarla təmasda olur, maarifləndirmə işləri aparırlar. Çünki qanun var və hər şey qanun çərçivəsində həll olunur".

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az