Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Iyul
2019
16:17
1635



Özbəkistan Baş Nazirinin müavini ADNSU-da olub

İyulun 2-də Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Özbəkistanın Baş Nazirinin müavini Aziz Abduxakimov ilə ADNSU-nun rektoru, professor M.Babanlı arasında görüş keçirilib.

XeberOxu.az xəbər veriki,  tədbirdə ADNSU-nun rektoru, professor M.Babanlı, universitetin prorektorları - Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov, Elm və texnika işləri üzrə prorektor, professor Rauf Əliyarov, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov, Özbəkistanın Baş Nazirinin müavini Aziz Abduxakimov və Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyev iştirak ediblər.

M.Babanlı qonaqlara universitet haqqında məlumat verərək bildirib ki, Azərbaycanda, həmçinin, ADNSU-da təhsil sistemi müasir elmi yanaşmalara uğun şəkildə qurulub.

ADNSU-nun dünyanın bir neçə nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlıq etdiyini deyən rektor Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında da qonaqlara ətraflı məlumat verdi və burada tələbələrin dünyəvi təhsil almaları üçün hər bir şərait yaradıldığını diqqətə çatdırıb.

Aziz Abduxakimov ADNSU-nun təhsil sahəsində qazandığı uğurları, buradakı tədris prosesini çox bəyəndiyini deyib.

Sonda Özbəkistanın Baş Nazirinin müavini rektor M.Babanlını öz ölkəsinə dəvət edib.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Mətanət İsgəndərli Türkiyədə ərdə olan qızı ilə







FHN əməkdaşları mənzildə meyit tapıblar







Lalə Azərtaş bu dəfə İspaniyada







Azərbaycanda ginekoloq hamilə qadınlarla rəqs etdi - Video


Digər Sosial xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az