Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



01 Okt
2019
11:58
357

01
Okt
11:58



İcbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiqi əhalinin tibbi xidmətlərə əlçatanlığını artıracaq

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə səhiyyəsində aparılan islahatlar çərçivəsində gələn ildən icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiq edilməsi əhalinin tibbi xidmətlərə əlçatanlığını artıracaq və səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaldacaq.

Xeberoxu.Az xəbər verir ki,  Bunu Trend-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, sistemin tətbiqi ilə bağlı həyata keçirilən pilot layihə dövründə görülən işlər, qazanılan müsbət nəticə və təcrübə Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.

V.Qurbanov bildirib ki, pilot layihənin həyata keçirildiyi müddətdə yeni maliyyələşmə mexanizminin əsası qoyulub, tibb işçilərinin əməkhaqları artırılıb və beynəlxalq təcrübədə geniş vüsət almış adambaşına ödəniş metodu tətbiq edilib. Tibb işçilərinin fəaliyyətlərinin qiymətləndirilməsində tətbiq edilən yeni yanaşma nəticəsində pilot ərazilərdə əməkhaqqı fondu 2016-cı il ilə müqayisədə 2018-ci ildə ümumilikdə 1.8 dəfə artıb.

Həkimlərin orta aylıq maaşı 2018-ci ildə ölkə üzrə orta aylıq əməkhaqqının 1.9 mislini təşkil edib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leş əti satan “Bala Tofiq” ləqəbli dələduz ifşa edild







İşdən qanunsuz şəkildə azad edilmiş 82 nəfər əvvəlki yerlərinə bərpa edilib







Anasını boğdu, sonra meyiti yandırdı - Qatil oğul







AMEA-da "Azərbaycan və Çin Böyük İpək Yolunda" mövzusunda dəyirmi masa keçirildi


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az