Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





15 Apr
2019
15:14
183



İlahiyyat İnstitutunun internet səhifəsi fəaliyyətə başlayıb

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) haqqında bütün zəruri məlumatları özündə əks etdirən ait.edu.az internet saytı yaradılıb.

Xeberoxu.az-ın məlumatına görə, rəsmi sayt Aİİ haqqında mövcud məlumatları əks etdirməklə yanaşı, həmçinin yeniliklərlə bağlı xəbərləri də daim yayımlayacaq.

İnternet-saytın ana səhifəsində “Haqqımızda”; “Struktur”; “Qəbul”; “İnstitut həyatı”; “Beynəlxalq əlaqələr” və “Nəşrlər” bölmələri yer alıb.

“Haqqımızda” bölməsində “Aİİ-nin tarixi”; “Nizamnaməsi”; “Nə üçün Aİİ?”; “Loqo”; “Kataloq”; “Akademk heyət”; “Əlaqə” və “Qalereya” başlıqları altında İnstitutun ictimai həyatı əks etdirilib.

Saytın “Struktur” bölməsində “Rektorluq”; “Elmi Şura”; “İlahiyyat fakültəsi”; “Kafedralar”; “Tədris-Metodiki Şura”; “Tədris şöbəsi”; “Magistratura və doktorantura şöbəsi”; “Həmkarlar İttifaqı Komitəsi”; “Beynəlxalq əlaqələr şöbəsi”; “Tələbə Elmi Cəmiyyəti”; “Tələbə Gənclər Təşkilatı”; “Kitabxana İnformasiya Mərkəzi”; “Ümumi şöbə”; “Hüquqşünas”; “Mətbuat şöbəsi”; “Kadrlar şöbəsi” və “Mühasibatlıq” başlıqlı yazılarda əməkdaşlar və onların fəaliyyət istiqamətləri haqqında məlumatlar yer alıb.

“Bakalavr”; “Magistratura”; “Doktorantura”; “Təqaüd proqramlar”ı haqqında ətraflı məlumtalar rəsmi saytın “Qəbul” bölməsində yerləşdirilib.

ait.edu.az saytında “İctimai fəaliyyətlər”, “Tələbə həyatı” və “Kurslar” başlıqlı yazılara “İnstitut həyatı” bölməsində geniş yer verilib.

Aİİ-nin rəsmi internet səhifəsinin “Beynəlxalq əlaqələr” bölməsində “Tərəfdaş universitetlər”; “Tələbə mübadilə proqramları”; “Səfirliklərlə əməkdaşlıq” başlıqları altında ali təhsil müəssisəsinin xarici fəaliyyəti haqqında məlumatlar işıqlandırılıb.

Saytın “Nəşrlər” bölməsində İnstitutun elmi nəşrləri, qəzet və jurnalları haqqında məlumat verilib.

Sayt yeni funksional bölmələrlə zənginləşdirilib və ən son internet texnologiyaları əsasında mükəmməl dizaynda istifadəyə verilib. Saytın rus və ingilis dillərində də səhifələri mövcuddur.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri




Ən Çox Oxunanlar







Azərbaycan və Rusiya prezidentləri Pekində görüşəcəklər







Suyunuz gəlməsə SMS alacaqsız-FOTO







Tahir İmanov arzusuna çatdı: Mərkəzi küçəyə babasının adı verildi







Xatirə İslam: Bura şou-biznesdir, hərdən soyunmaq lazımdır -VİDEO


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az