AZ | RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





19 May
2019
02:00
297



“Nar TV” istifadəçilərinin sayı 117% artıb

Azərbaycan telekommunikasiya bazarının ən innovativ məhsullarından olan “Nar TV” tətbiqində qeydiyyatdan keçənlərin sayı 117% artıb. Xeberoxu.az xəbər verir ki, hər zaman gənc nəslin dinamik tələblərinə cavab verməyi hədəfləyən “Nar”-ın təqdim etdiyi bu xidmətdən yararlananların seçiminə bir çox  amillər təsir edir. Mobillik vəd edən tətbiq, zaman və məkan məhdudiyyəti olmadan istifadəçilərə mobil telefonlarda və ya tabletlərdə sevimli TV verilişlərini, film və serialları izləmə imkanı verir. Bundan başqa, istifadəçi təcrübəsinin yaxşılaşdırılması məqsədilə davamlı olaraq yenilənmələr aparılır və sistemə düzəlişlər edilir.

Xidmətin digər önəmli üstünlüklərindən biri də azyaşlı izləyicilərin tətbiqdə yalnız faydalı və uyğun kontenti izləməsi üçün valideyn nəzarət funksiyasının olmasıdır. Belə ki, xüsusi kanalları PİN kod vasitəsilə məhdudlaşdırmaq mümkündür.

“Nar TV” tətbiqi ilə seçilmiş filmləri Azərbaycan dilində də izləmək mümkündür. Qeyd edək ki, “Nar TV” tətbiqində hər kəsin zövqünə uyğun filmlərin mövcudluğunu təmin etmək üçün siyahıya mütəmadi olaraq yeni çıxan filmlər əlavə edilir. “Nar”-ın təqdim etdiyi bu məhsulun bütün üstünlüklərindən faydalanmaq üçün istifadəçilər “Google Play” və “App store”-dan yenilənmiş tətbiqi yükləməlidir. “Nar TV” haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz: nar.az

 “Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Azərbaycan XİN nazirlərin Vaşinqton görüşü barədə: Ümid edirik ki, tərəflər daha konkret nəticələr əldə edəcəklər







Nazir: Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub







Təhsil naziri dərs ilinin mayın 31-də bitməsi barədə səslənən fikirlərə münasibət bildirdi







Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün vaxtı açıqlanıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az