Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



14 Noy
2019
11:53
509

14
Noy
11:53



“Quş dili” tamaşası növbəti dəfə səhnədə

Noyabrın 16-da Azərbaycan Dövlət “Yuğ” Teatrında “Quş dili” tamaşası nümayiş olunacaq.

XeberOxu.Az-ın məlumatına görə,  Teatrdan AZƏRTAC-a bildirilib ki, Təranə Vahidin hekayələri əsasında Əbdülqəni Əliyevin quruluşunda hazırlanan tamaşanın məşqləri artıq yekunlaşmaq üzrədir. Tamaşanın quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur. Səhnə əsərində, “Humay” mükafatı laureatı Qasım Nağı, aktyorlar Natəvan Qeybani, Təranə Atacan, Elgün Həmidov, Elşən Əsgərov və İlahə Məmmədzadə iştirak edir.

Hadisə gözdən uzaq bir dağ kəndində baş verir. Nə baş verir? Bir gecə kəndə Əzrayıl gəlir. Ölüm mələyi qızmarda və sazaqda bərkimiş canlardan birini aparır. Hava nə qədər sərt olsa da, amansızlıqda insan laqeydliyinə çatmaz - külüngün torpağa batmadığı bir şaxtada qoca bağban yerdə qalmış tənha ölüyə qəbir qazır, dəfn edir... Qaydalar belədir: kütlədən seçildinsə, sınaqlarla üzləşəcəksən... aşkar sınağın mükafatı isə gizli gələr həmişə... Qoca bağban da həyatının ən ağır imtahanı ilə – ilk, məsum sevgisi ilə sınanacaq...

Tamaşada cavab yoxdur, xeyli maraqlı suallar var.


 

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







3-cü mikrorayon bazarındakı yanğından sonrakı vəziyyət -VİDEO







Ələkbər Yasamallı Aqşin Fatehi sözlə yıxıb sürüdü -Video







Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb







“Uşaqlığın son gecəsi” filminin aktyoru evində ölü tapıldı -Yenilənib 2 +Video


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.