Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



15 Noy
2019
09:21
476

15
Noy
09:21



Bakıda Qaetano Donisettinin “Sevgi şərbəti” operasının tamaşası olacaq

Noyabrın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Qaetano Donisettinin “Sevgi şərbəti” operasının tamaşası olacaq.

Teatrdan XeberOxu.Az-a verilən məlumata görə, görkəmli italyan bəstəkarı Q.Donisetti İtaliya opera sənətinin ənənələrini davam etdirərək 65 opera tamaşasının musiqisini araya-ərsəyə gətirmişdir. Onun yaradıcılığının ən parlaq dövrü XIX əsrin 30-40-cı illərinə təsadüf edir. Bəstəkara dünya şöhrəti qazandıran "Sevgi şərbəti" operası da məhz bu illərdə yaranmışdır. Opera çox qısa müddətdə - cəmi iki həftə ərzində yazılmış və ilk dəfə 1832-ci ildə Milanda səhnəyə qoyulmuşdur.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Sevgi şərbəti" operası 2013-cü ildə tamaşaya qoyulmuş və maraqlı süjet xətti, ecazkar musiqisi ilə operasevərlər tərəfindən rəğbətlə qarşılanmışdır.

Noyabrın 23-də keçiriləcək tamaşada Opera və Balet Teatrının aparıcı solistləri – Azərbaycanın Əməkdar artistləri İnarə Babayeva (Adina), Fərid Əliyev (Nemorino), Cahangir Qurbanov (Belkore), Xalq artisti Əkrəm Poladov (Dulkamara) və b. iştirak edəcəklər.

Tamaşanı Azərbaycanın Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin və "Humay" milli mükafatının laureatı Əyyub Quliyev idarə edəcəkdir.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







3-cü mikrorayon bazarındakı yanğından sonrakı vəziyyət -VİDEO







Ələkbər Yasamallı Aqşin Fatehi sözlə yıxıb sürüdü -Video







Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb







“Uşaqlığın son gecəsi” filminin aktyoru evində ölü tapıldı -Yenilənib 2 +Video


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə
(012) 436-28-31
(051) 660-40-00



info@xeberoxu.az



© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.