Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



13 Sen
2019
20:16
1404

13
Sen
20:16



DYP-dən daha bir müraciət

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yük avtomobillərinin sahiblərinə və sürücülərə müraciət edib.

Xəbər verildiyi kimi paytaxt ərazisində nəqliyyat sıxlığının aradan qaldırılması, hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli qərarı ilə oktyabır ayının 1-dən may ayının 1-dək maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin səhər saat 7:30-dan axşam 20:00-dək Bakı şəhərinə girişinə məhdudiyyət tətbiq olunmuşdur.

Lakin yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 16-da paytaxt ərazisində, xüsusilə şəhərin giriş-çıxış hissələrində saat 8:00-dan 10:00-dək nəqliyyat vasitələrinin hərəkət intensivliyinin artacağı ehtimal olunur.

Qeyd olunanları nəzərə alaraq, DİN Baş DYP İdarəsi sürücülərdən və avtomobil sahiblərindən xahiş edir ki, ayrı-ayrı müəssisələrə və fiziki şəxslərə məxsus, şəhərə girişinə icazə verilmiş yük avtomobillərindən göstərilən saatlarda mümkün qədər az istifadə olunsun.

Ümid edirik ki, paytaxtda nəqliyyat sıxlığının yaranmaması, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinin təmin olunması üçün sürücülərimiz müraciətimizə düşünülmüş şəkildə yanaşacaq, ilk dərs günündə azyaşlı məktəbli uşaqlara yollarda çətinlik yaşatmayacaqlar.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







TərTərdə 15 yaşlı qız ağacdan yıxılıb







"26-lar" kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb?







Ən təhlükəli xərçəng növü - Ondan necə qorunmalı?







Azərbaycanda iki uşaq anasından DƏHŞƏTLİ ƏMƏL


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az