Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



16 Sen
2019
08:15
633

16
Sen
08:15



İnsulin alan xəstələr ehtiyatlı olsun: ölüm təhlükəsi var!
Şəkər xəstələri üçün təhlükə: şəkərsizlik

Hipoqlikemiya nədir?

Bu sindrom həm sağlam, həm şəkərli diabet xəstələrində qəfildən yarana bilər.
Qanda şəkərin səviyyəsi minimuma, hətta 2 faizə enir.
 
Bunun əsas səbəblərindən bir neçəsini təqdim edir:

- Yemək arasında uzun fasilə, pəhriz, az yemək
- Orqanizmin zülal ehtiyatının tükənməsi
- Gərgin fiziki yük, fasiləsiz idman
- Şirniyyat qəbulu – şirin ərzaqları yedikdən sonra qanda qlükozanın faizi artır.
Amma bunun ardıyca sürətlə də enmə başlayır.
 
Bu vəziyyət orqanizm üçün şəkərin qalxmasından da təhlükəlidir.  Enerjisiz qalan orqanlar və baş beyin sıradan çıxır, beyin sönür və sonda insan komaya düşür. 

Xüsusən şəkərli xəstələr şəkəri salan dərmanlar və insulin qəbuluna aludə olub, günlərin bir günü şəkər azlığından kəskin patologiyaya düşürlər. Ona görə şəkər xəstələrinin əli altında qlükometr aparatı olmalı və 2 gündən bir səhərlər qanda şəkər ölçülməlidir. Bu xəstələrin yanında qənd, şərbət, şirin konfetlər mütləq olmalıdır.
 

Əlamətlər:
-Qıcolma, titrəmə;
-Epilepsiyaya bənzər tutmalar;
-Sərxoş adamlar kimi rabitəsiz nitq;
-Dağınıq fikir;
-Əzələ ayaq əl tutulması, yeriyə bilməmək;
-Huşun itməsi;
-Kəskin tərləmə, su itirmə;
-İnsult

Əgər vaxtında tibbi yardım göstərilməzsə, xəstə komaya düşür və hətta ölüm baş verə bilər. 
Qarşısını almaq üçün sərf olunan enerji ilə qəbul olunan zülal, karbohidrat, qlükoza faizini düzgün təyin etməli, insulin dozasını həkim nəzarəti ilə seçməli, özbaşına şəkəri salan addımlar atılmamalıdır.  Qidalanma rejiminə düzgün əməl etməlidir. Orqanizmdə qlükozanı hissə-hissə zamanla qaldıran qidalar seçməlidirlər. Yaxşı olar ki, az-az, gündə 5-6 dəfə qida qəbul etsinlər. 

Əgər bu sindromun əlamətləri kəskin və qəfil büruzə verərsə, xəstənin təzyiqi, şəkəri ölçülüb, sakit uzatmalı, şərbət, şirin çay, ballı su içirtmək, qlükoza vurmaq və təcili yardım çağırmaq lazımdır.//medicina.az
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!







Bakıda gənc oğlanı avtomobil vurub







Təhsil nazirindən yeni - TƏYİNAT







Ermənistan hökuməti faşist əlaltısı Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az