RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



15 Apr
2019
12:58
960



İmişlidə qadını öldürüb çaya atan şəxslər tutulub

İmişli şəhər sakini Validə Məmmədovanı qətlə yetirməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Xeberoxu.az-a verilən məlumata görə, aprelin 13-də İmişli şəhər sakini Validə Məmmədovanın üzərində zorakılıq əlamətləri olan meyitinin Araz çayının Otuziki kəndi ərazisindən keçən hissəsinin sahilində tapılması barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla V.Məmmədovanın yaşadığı evin həyətində onunla qonşu olan qaynı arvadı A.Məmmədova və Qulubəyli kənd sakini O.Seyidov tərəfindən baş nahiyəsinə yumruq və taxta parçası ilə vurulmaqla, sonradan boğularaq qətlə yetirilməsi, habelə hadisə yerinin yaxınlığında “Mercedes” markalı avtomobildə gözləyən O.Seyidovun tanışları olan həmkəndliləri, sürücü A.Surxayzadənin və sərnişini H.Cəlalzadənin köməkliyi ilə meyiti kisədə avtomobilin yük yerinə qoyub Araz çayına atmaları müəyyən edilib.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən A.Məmmədova, O.Seyidov və H.Cəlalzadə saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Professor Vidadi Muradov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif olunub







Vüsal Hüseynov: Azərbaycanda yaşama icazələrinin alınması məsələsində yenilik edilib







Müdafiə Nazirliyi: Ermənistan silahlı bölmələri mülki traktoru snayper atəşinə tutub, itki yoxdur







Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az