Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



01 Iyun
2019
17:38
816

01
Iyun
17:38




İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb (VİDEO)

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları qanunsuz yollarla ölkəmizə gətirilən külli miqdarda narkotik vasitələrin realizə edilməsinin qarşısını alıblar.

Komitədən Xeberoxu.az-a verilən məlumata görə, Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə İrandan Azərbaycanın ərazisinə qeyri-qanuni yollarla gətirilən külli miqdarda narkotik vasitələrin Məmmədov Şahmirzə Hilal oğlu tərəfindən satış məqsədilə əldə edilməsi, saxlanması və “Mercedes-Benz” markalı minik avtomobili ilə həmin narkotik vasitələrin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində realizə ediləcəyi barədə əməliyyat məlumatı daxil olub.

Məlumat əsasında Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Azərbaycan Respublikası vətəndaşları Məmmədov Şahmirzə Hilal oğlu və Rüstəmov Namiq Hafiz oğlunun əyləşdiyi “Mercedes-Benz” markalı minik nəqliyyat vasitəsi saxlanılıb və vizual baxış keçirilib. Bu zaman nəqliyyat vasitəsinin baqajında olan göy rəngli bir ədəd iri həcmli əl çantasında sellofana bükülü 2 ədəd bağlamada cəmi xalis çəkisi 997.3 qram narkotik vasitə-tiryək, narıncı rəngli 2 ədəd paketlərdən isə cəmi xalis çəkisi 999.1 qram narkotik vasitə-heroin aşkar edilib. Adı çəkilən vətəndaşların üzərində aparılan şəxsi yoxlama zamanı isə Şahmirzə Məmmədovun şalvarının bel hissəsində, uzunluğu 200 mm olan açılıb-bağlanan, tiyəli 1ədəd bıçaq, sağ cibindən istifadə olunmuş 1 ədəd plastik şprits və şüşədən ibarət 1 ədəd kolba, Namiq Rüstəmovun şalvarının sağ cibindən, uzunluğu 145 mm olan açılıb-bağlanan, tiyəli 1ədəd bıçaq aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıdakı məşhur dönərxana bağlandı







İsmayıllıda “Kartof festivalı”na gələnlər ZƏHƏRLƏNDİLƏR







Azərbaycanda küçədə vəhşilik - İti belə güllələdilər – VİDEO







Elmar Məmmədyarov italiyalı həmkarı ilə görüşdü


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az