Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Sen
2019
20:34
891

07
Sen
20:34



İş adamı Bakının mərkəzində özünü yandırdı

Bu gün günorta saatlarında sahibkar, “Ulduz-Elektron” MMC-nin direktoru Mədət Quluzadə Bakı Baş Gömrük İdarəsinin qarşısında özünü yandırmağa cəhd edib.

Xeberoxu.Az-ın Virtualaz.org-a istinadən məlumatına görə, idarənin əməkdaşları və ərazidəki digər sahibkarlar M.Quluzadənin intihar etməsinin qarşısını alıblar.

Bildirilir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sahibkarla görüşüb və söz verib ki, problemi gün ərzində həll olunacaq.

İntihara cəhd edən sahibkar Mədət Quluzadə özü isə bildirib ki, İran İslam Respublikasından onun ünvanına gələn mallar (3 maşın üzlük plitələr) müəmmalı şəkildə yoxa çıxıb. Onun sözlərinə görə, məhkəmə bu işə baxandan sonra qərardad qəbul edib və orada göstərilib ki, Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsindən 39 697 manat təzminat alınaraq “Ulduz-Elektron” MMC-yə ödənilsin. Amma o hələ də kompensasiyanı ala bilməyib.

M. Quluzadə deyib ki, təzminat məsələsinə görə, hazırda gətirdiyi yüklər də gömrük nəzarətindən buraxılmır: "Mən bu gün Bakı Baş Gömrük İdarəsinə getdim ki, mallarımı götürüm. Amma onlar mənim bütün mallarımı plomblayıblar. Başqa çıxış yolum qalmadığı üçün intihara cəhd etdim”.

DGK-nin mətbuat xidmətindən isə bildirilib ki, sahibkarın dedikləri həqiqəti əks etdirmir və yalandır.

Mədət Quluzadə hazırda 5 saylı şəhər xəstəxanasının yanıq şöbəsindədir. Vəziyyəti ağır kimi qiymətləndirilir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az