Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Sen
2019
13:30
609

08
Sen
13:30




Deputat: Asiya Siyasi Partiyalarının birgə əməkdaşlığı regionun gələcək inkişafına töhfədir

Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edib. Sentyabrın 7-də Bakıda Yeni Azərbaycan Partiyasının himayəsilə "Gənclərin sosial və siyasi proseslərdə rolu və qadınların fəallığının gücləndirilməsi" mövzusunda konfrans, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclası keçirilib. Dünyada baş verən mürəkkəb siyasi proseslər fonunda bütövlükdə Asiyada fəaliyyət göstərən partiyalar bir araya gələrək, regionun bugünkü reallıqlarını müzakirə etmək üçün mərkəz kimi məhz Bakını seçıblər.

Xeberoxu.Az xəbər verir ki,bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Naqif Həmzəyev deyib.

Millət vəkilinin sözlərinə görə, konfransda təmsil etdikləri dövlətin siyasətinə təsir etmək gücündə olan partiyaların nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi, ölkələri narahat edən problemlər üzərində diskussiyaların aparılması 2030-cü ilədək Dayanıqlı İnkişaf Gündəminə, regionun gələcək inkişafına yeni bir töhfədir.

N.Həmzəyev qeyd edib ki, konfransda xüsusi ilə Asiya ölkələrində demokratik inkişaf proseslərində qadınların və gənclərin oynadığı roldan bəhs edilməsi, onların birgə fəaliyyətində yeni əməkdaşlıqların yaranmasına təkan olacaq:

"Dövlət başçısı İlham Əliyevin imzaladığı çoxsaylı dövlət proqramları, sosial və iqtisadi layihələri ilə dünya ölkələrinə örnək olan Azərbaycan gənclər siyasətinin həyata keçirilməsində, qadınların səlahiyyətlərinin genişləndirilməsində dünya ölkələrinə hər zaman nümunə olub.

İnanırıq ki, demokratiyanın, insan haqlarının, siyasi plüralizmin inkişafı istiqamətində böyük rolu olan Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının işində müasir inkişafın Azərbaycan modeli də maraqlı olacaq, Azərbaycanda həyata keçirilən gənclər siyasəti, qadın hərəkatı diqqət mərkəzində olacaq".

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Nazirlikdən ayı hücumu ilə bağlı XƏBƏRDARLIQ: Ehtiyatlı olun!







Bakıda YPX maşını ağır qəzaya düşdü - Polislər xəsarət aldı - VİDEO







Yüksək balla universitetə daxil olan tələbənin beyninə qan sızdı (YENİLƏNİB)







İlham Əliyev və xanımı 300 nömrəli məktəbin yeni tədris kompleksinin açılışında


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az