Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Sen
2019
12:18
492

07
Sen
12:18



İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu ilə KOBİA arasında potensial layihələr müzakirə edilib-FOTO

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (İƏTGF) prezidenti Taha Ayhan arasında görüş keçirilib.

XeberOxu.Az-ın məlumatına görə, görüşdə KOBİA-nın İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu ilə əməkdaşlıqda maraqlı olduğu vurğulanıb, bu baxımdan bu il Bakıda keçirilməsi nəzərə tutulan İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin (ICYEN) 3-cü Baş Assambleyasının önəmi diqqətə çatdırılıb.

KOBİA və İslam Əməkdaşlığı Təşkilatının Gənclər Forumu arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsinin aparıldığı görüşdə İƏTGF tərəfdaşlarının iştirakı ilə kənd təsərrüfatı, turizm, informasiya və kommunikasiya texnologiyaları, sosial sahibkarlıq sahəhələrində layihələrin, innovasiyalar və startaplar üzrə təcrübə mübadiləsinin, gənclər arasında sahibkarlıq düşüncə tərzinin stimullaşdırılması üçün birgə maarifləndirici tədbirlərin, təlimlərin və proqramların həyata keçirilməsi, KOB-ların iştirakı ilə qarşılıqlı tanışlıq səfərlərinin və biznes forumların təşkili imkanları qeyd olunub.

Qeyd edək ki, İslam Ölkələri Gənc Sahibkarlar Şəbəkəsinin 3-cü Baş Assambleyasının Bakı şəhərində təşkilinə dair Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İslam Əməkdaşlığı Gənclər Forumunun (İƏGF) Avrasiya Regional Mərkəzi və İƏGF Baş Qərargahı arasında əməkdaşlığa dair üçtərəfli Protokol imzalanıb. Tədbirdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv 56 ölkənin, eləcə də qeyri-üzv dövlətlərin nümayəndələri iştirak edəcək. Ümumilikdə 70-yə yaxın ölkənin təmsil olunacağı tədbirdə Azərbaycandakı əlverişli biznes mühiti, o cümlədən ölkəmizdə kiçik və orta biznesin inkişafına göstərilən dövlət dəstəyi, bu sahədə görülən tədbirlər barədə məlumat veriləcək, ölkəmizə xarici investisiyaların cəlb olunması məqsədilə yerli və xarici investorlar arasında ikitərəfli görüşlər təşkil olunacaqdır.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az