14 Avq 2019
07:56
![]() |
14
Avq 07:56
![]() İtalyan astronavtı kosmosdan konsert verəcək -Yenilənib İtaliyalı astronavt Luka Parmitano ilk "kosmik DJ" olacaq: o, Yer orbitində elektron musiqi həvəskarları qarşısında çıxış edəcək. XeberOxu.az xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyinə (EKA) istinadən "RİA Novosti" agentliyi bildirib. Konsert bu gün - avqustun 13-də silsilə "BigCityBeats World Club Dome Cruise Edition" çərçivəsində baş tutacaq. Astronavt Beynəlxalq Kosmik stansiyada "Columbus" modulundan çıxış edəcək. Luka Parmitano Beynəlxalq Kosmik Stansiyaya iyulun 20-də kosmik gəmidə rusiyalı Aleksandr Skvortsov və amerikalı Endryu Morqanla birlikdə yola düşüb. Bu, italyanın kosmosa artıq ikinci uçuşudur. Daha əvvəl Amerika astronavtları günəş panelləri akkumulyatorlarının yenisi ilə əvəzlənməsi üçün Beynəlxalq Kosmik Stansiyanın göyərtəsindən fəzaya çıxışı başa çatdırıblar. Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
3-cü mikrorayon bazarındakı yanğından sonrakı vəziyyət -VİDEO
Ələkbər Yasamallı Aqşin Fatehi sözlə yıxıb sürüdü -Video
Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs saxlanılıb
“Uşaqlığın son gecəsi” filminin aktyoru evində ölü tapıldı -Yenilənib 2 +Video
|