Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



01 Okt
2019
14:31
303

01
Okt
14:31



Şahdağ Milli Parkında turistlər üçün yeni çığırlar salınacaq

Şahdağ Milli Parkında turistlər üçün artıq 50-yə yaxın cığır salınıb. Bu il ərzində daha iki cığır salınacaq.

Xeberoxu.Az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə ekodəhlizlərin yaradılması layihəsi çərçivəsində əməkdaşlıq edən Regional Ekoloji Mərkəzinin Azərbaycan nümayəndəliyinin direktoru Mələk Şükürova "Azərbaycanın milli parklarında ekoturizm fəaliyyəti" mövzusunda keçirilən dəyirmi masada deyib.

Onun sözlərinə görə, hazırda bu işlər Şahdağ Milli Parkının Qonaqkənd və İsmayıllı ərazisində aparılır.

M.Şükürova qeyd edib ki, Qonaqkənddən başlayaraq milli parkın ərazisindən keçərkən yaylaqlara çıxış olacaq: "Ekodəhlizlərin yaradılması sahəsində ETSN ilə birlikdə 2 ilə yaxındır işlər aparılır. Bu ilin may-iyul ayına kimi bu proqrama icmaları da dəvət etdik. İcmalara təlimlər keçirildi. Onlarla birlikdə Şahdağ Milli Parkı üçün ekoturizm proqramı hazırlandı. Həmin proqram tərkibində ekocığırların inkişafı komponenti də var idi. Bizim layihənin əsas funksiyası infrastrukturların salınmasıdır. Hazırda mütəxəssislər yerində işləyir. Bununla bağlı işlər davam edir. Şahdağ Milli Parkında həyata keçirilən işlər uğurlu olsa, digər milli parklarda da həyata keçirəcəyik".

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az