Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



05 Iyun
2019
12:43
1182

05
Iyun
12:43




Şamaxı Rəsədxanasında "Zeiss 600" teleskopuna yeni cihaz quraşdırılıb

Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) parlaqlığı çox zəif olan səma cisimlərinin fotometrik müşahidələrinin aparılması üçün "Zeiss-600" teleskopunun optik gücü artırılıb.

Rəsədxanadan XeberOxu.Az-a verilən məlumata görə, bunun üçün ŞAR-ın bir qrup əməkdaşı tərəfindən təkmilləşdirmə işləri aparılıb, teleskopda Celestron F/6.3 fokus reduktoru quraşdırılıb. Nəticədə teleskopun işıq gücü 1.6 dəfəyədək artırılıb. Bu isə daha zəif ulduz ölçüsünə (18m-19m) malik obyektlərin, qalaktika və dumanlıqların müşahidə edilməsinə imkan verir. Bu cür təkmilləşdirilmədən sonra bu teleskopda ŞAR-ın da yaxından iştirak etdiyi Avropanın GRANDMA proyektinin proqramına uyğun olaraq neytron ulduzların və qara dəliklərin katastrofik alışmasının izlərinin müşahidəsi mümkün olacaqdır.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində abadlaşdırılan həyətdə - FOTO







Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək







Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi







Gələn ay “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az