RU
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə


Telefona yüklə



15 May
2019
18:26
1578



Şəbnəm Tovuzlu ARB-yə qadağa qoydu
Müğənni Şəbnəm Tovuzlu ARB kanalı ilə qalmaqal yaşayıb.

XeberOxu.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan sonra sözügedən telekanalda heç bir verilişə çıxmayacağını bildirib:"Reytinq cədvəlində adı olmayan verilişlər zəng edib, yalvarıb dəvət edirlər. Hörmət edib yox demirəm və gedirəm. Sonra da başlayırlar müğənniləri “vurmağa”. Bəsdirin. Daha mənə zəng etməyin. Mən verilişə gəlirəm, məktəbə imtahan verməyə yox. Başa düşdüm, siz məndən savadlısız, ağıllısız. Bunu kimə və niyə göstərirsiz? İmamlarımız buyurur ki, hər bir insanın eyibləri, bilmədikləri vardır. Heç kim istəməz ki, bu ayıbları başqaları bilsin. 

Onlar özləri də bilmədiklərimizi bilir və qəsdən sual verirlər. Bilirdilər ki, mən cavabı deyə bilməyəcəm. Çalışırlar qarşılarındakı ifaçını əzsinlər. Bezmişəm bu durumdan. Siz bizləri hörmətsiz edirsiz. Hörmətli ARB kanalının əməkdaşları, sizin verilişlərə çıxmaq  istəmirəm, məni daha dəvət etməyin".

Qeyd edək ki, "Hüseynova bacıları" verilişində Şəbnəmə sual ünvanlanmış, onun "Bu yaxınlarda Dubayda olmuşdum. Ora Avropa olmasa da, oraya yaxındır. Amerikada olmamışam. Rusiyanın bütün şəhərlərini gəzmişəm. Amerikanın özü, İtaliyanı deyə bilərəm. Yəni, Amerikanın – paytaxtını tanıyırıq da. Getməmişəm, bilmirəm" sözləri qalmaqala səbəb olmuşdu.
Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







Gənc cüdoçularımız Avropa kuboku yarışına uğurla başlayıblar







Azərbaycanda sahibkar qadınların daha çox olduğu rayonların adları açıqlandı







Dövlət Neft Fondunun büdcəsinin icrası təsdiq edilib







Polad Bülbüloğlu Avstraliyanın Rusiyaya yeni təyin olunmuş səfiri ilə görüşüb


Digər Şou-biznes xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az