Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



06 Iyun
2019
00:45
858

06
Iyun
00:45




Şəki və Lənkəran sakinləri 55 min manata narkotik satmaq istəyərkən saxlanılıblar

Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Binəqədi rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş S.Babayev və Lənkəran şəhər sakini V.Mirişov 1 kiloqram 310 qram yüksək psixotrop təsirə malik narkotik vasitə olan metamfetamin və 10 qramdan artıq heroini 55.000 manata satmaq istəyən zaman saxlanılıblar.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Xeberoxu.az-a verilən məlumata görə, istintaq zamanı müəyyən edilib ki, metamfetamin və heroini V.Mirişov şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından əldə edib. Daha sonra o, tanışı S.Babayevdən narkotik vasitələri satmaq üçün müştəri tapmasını istəyib və bunun müqabilində ona 5000 manat verəcəyini vəd edib. Həmin şəxslər narkotik vasitələri satmaq istəyən zaman iş başında tutulublar.

Baş İdarə əməkdaşlarının narkotik vasitələrinin mənbəyinin müəyyən edilməsi istiqamətində həyata keçirdikləri əməliyyat tədbirlərinin davamı olaraq dəstənin daha bir üzvü - Beyləqan rayon sakini O.Əhmədov da müəyyən edilərək saxlanılıb.

Saxlanılan şəxslərə məxsus “Opel” markalı avtomobilə baxış zamanı əlavə olaraq 2 kiloqramdan artıq heroin götürülüb. Həmçinin O.Əhmədovun Beyləqan rayonunda tanışının evində gizlətdiyi 2 kiloqramdan artıq satış üçün nəzərdə tutulmuş heroin də aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







AQTA-dan yol kənarında fəaliyyət göstərən iaşə obyektlərinə XƏBƏRDARLIQ







Balakəndə xəstəliklə bağlı karantin elan edilib? - RƏSMİ AÇIQLAMA







Ələt körpüsündə dəhşətli qəza - "Kamaz"la 2 nəfəri vurub öldürdü - VİDEO







Misirdə yay tətili bu azərbaycanlı xanıma baha başa gəldi - VİDEO


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az