Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



13 Iyun
2019
15:23
708

13
Iyun
15:23




Şəkidə maşın aşdı - 4 nəfər yaralandı, sürücünün həyat yoldaşı öldü

Ötən gün Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xeberoxu.az-ın məlumatına görə, qəza Qayabaşı kəndi ərazisində “VAZ-21074” markalı avtomobilin aşması ilə qeydə alınıb. Hadisə zamanı 4 nəfər müxtəlif xəsarətlər alaraq Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Onlar Oğuz rayon sakini 1953-cü il təvəllüdlü Xurşudov Aydın Qasım oğlu qapalı kəllə-beyin travması, bir neçə boyun fəqərəsinin sınması, 1959-cu il təvəllüdlü Xurşudov Əlövsət Əvəz oğlu sağ körpücük sümüyünün sınığı, 1967-ci il təvəllüdlü Novruzova Təranə Əfqan qızı döş qəfəsinin qapalı travması və 1987-ci il təvəllüdlü Nağıyev Səyyad Mirzə oğlu sağ qulağın yırtılması xəsarətləri alıblar.

Hazırda A.Xurşudov və Ə.Xurşudovun vəziyyəti ağır olduğundan onlar reanimasiya şöbəsində müalicə olunurlar, S.Nağıyev isə ilkin tibbi yardımdan sonra ambualtor müalicəyə yola salınıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qəzada bir nəfər dünyasını dəyişib. O, Laçın rayon sakini Elyana Nağıyeva olub.

Bildirək ki, dünyasını dəyişən şəxs, avtomobilin sürücüsü S.Nağıyevin həyat yoldaşı olub.

Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Həbib Nurməhəmmədov 3-4 döyüşdən sonra karyerasını bitirəcək







Bədii gimnastika üzrə dünya çempionatında halqa ilə hərəkətlərdə finalçılar məlum olub







Komitə sədri: Azərbaycanda Aşura mərasimi çox sakit şəraitdə keçdi







Gələn ay “Ali təhsil haqqında” qanun layihəsinin müzakirəsi keçiriləcək


Digər HADiSƏ xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az