Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Avq
2019
05:30
2679

20
Avq
05:30



ABŞ “Huawei” üçün lisenziyanı daha 90 günlüyə uzadacaq

ABŞ administrasiyası Çinin telekommunikasiya korporasiyası “Huawei” üçün lisenziyanı daha 90 günlüyə uzadır.

XeberOxu.az xəbər verir ki, AZƏRTAC Fox Business telekanalına istinadla xəbər verir ki, bu, Çin şirkətinin Amerika müəssisələrindən avadanlıq almasına imkan yaradacaq.

ABŞ-ın ticarət naziri Uilbir Ross telekanala müsahibəsində deyib: “Kənd yerlərindəki bir sıra telekommunikasiya kompaniyaları “Huawei”dən asılıdır. Ona görə də biz onlara bir qədər də vaxt veririk”. Nazir qeyd edib ki, indi “Huawei”in lisenziyasının müddəti təxminən noyabrın 19-da başa çatacaq. Onun sözlərinə görə, “böyük xəbər” isə ondan ibarətdir ki, ABŞ hakimiyyət orqanları Çinin telekommunikasiya nəhənginin 46 törəmə şirkətini qara siyahıya salmaq barədə qərar qəbul edib.

Xatırladaq ki, mayın 15-də Prezident Donald Tramp ABŞ-ın informasiya-kommunikasiya infrastrukturunun xarici təhdidlərdən qorunması üçün fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. Birləşmiş Ştatların Ticarət Nazirliyi mayın 17-də milli təhlükəsizliyə təhdid səbəbindən “Huawei” kompaniyasını qara siyahıya salıb.


 

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər Elektronika xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az