Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



12 Sen
2019
16:50
7284

12
Sen
16:50



"Yaponçik" Bakıda tutuldu

Bakıda “Yaponçik” adı ilə tanınan kriminal avtoritet saxlanılıb.

Xeberoxu.Az xəbər verir ki, bu barədə “oxu.az”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Sentyabrın 11-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları əvvəllər oğurluqda şübhəli bilinən 1982-ci il təvəllüdlü Həsənli Rauf Orxan oğlunu saxlayıblar.

Onun idarə etdiyi “KİA” markalı avtomobilin baqaj hissəsində aparılan axtarış zamanı 1 kiloqram 100 qram marixuana aşkar edilib.

Bundan əlavə, saxlanılan şəxsin üstündə də narkotik aşkarlanıb. Narkotikin satış üçün nəzərdə tutulduğu bildirilir.

Hazırda saxlanılan şəxsin başqa cinayətlərdə iştirakının olub-olmadığı müəyyənləşdirilir.

Qeyd edək ki, R.Həsənli özünü 2009-cu il oktyabrın 9-da sui-qəsd nəticəsində həyatını itirən Moskvadakı mütəşəkkil cinayətkar qrupun lideri, kriminal aləmin “qanuni oğrusu” Vyaçeslav İvankov (Yaponçik) əfsanəsinə bənzədir.

Əvvəldən “Yapon” olaraq tanınan cinayətkar (gözləri qıyıq olduğuna görə belə deyilib), sonradan “Yaponçik” adlandırılıb.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda tuneldə qəza: yük maşını belə aşdı - ANBAAN VİDEO







Bu qəsəbədə su olmayacaq







Gecə Bakıda 15 yaşlı qızı döyərək xəstəxanalıq etdilər







Psixoloqlar diaqnostik qiymətləndirilmədən keçəcək - Dekabrda


Digər Kriminal xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az