Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



22 Okt
2019
20:05
717

22
Okt
20:05



Castin Rouz “Türk Hava Yolları”nın 2019-cu il “Açıq Qolf Turniri”ndə tarix yazmaq istəyir

2019-cu il “Türk Hava Yolları Açıq Qolf Turniri”ndə öz titulunu qorumaqla Castin Rouz son iyirimi ildə ardıcıl üç Avropa Turunu qazanan ilk idmançı olmağı hədəfləyir.

39 yaşlı ingilis idmançının Antalyaya son iki səfəri möhtəşəm olub. 2017-2018-ci illərdə “Türk Hava Yolları Açıq Qolf Turnir”lərində ümumilikdə 35 xal toplayaraq, o, hər iki yarışı qələbə ilə başa vurub.

2013-cü ildən keçirilməyə başlanılan “Türk Hava Yolları Açıq Qolf Turniri”ndə tutduğu üçüncü yer onun Türkiyəyə etdiyi dörd səfəri ərzində qazandığı ən aşağı nəticədir. Ardıcıl səfərləri ilə Türkiyədə qolfun inkişafına verdiyi təkana, öz xeyriyyə məqsədli fəaliyyətinə görə Xarici İşlər Naziri Mövlüd Çavuşoğlu 2017-ci ildə Rouzu Türkiyənin Fəxri Xidmət Mükafatı ilə təltif edib.

Yeddinci dəfə keçiriləcək turnir bu il öz köhnə məkanına, ilk üç yarışın keçirildiyi “Monqomeri Maks Royal” otelinə qayıdır. Builki “Türk Hava Yolları Açıq Qolf Turniri”ndə qələbə qazanacağı təqdirdə Rouz ardıcıl üç Avropa Turu yarışını qazanan ümumilikdə dördüncü, 2000-ci ildə bu uğura imza atmış Kolin Mongomeridən sonra isə ilk idmançı olacaq.

Dünyanın ən yaxşı yeddinci qolf ustası olan Rouz deyib: “Üç dəfəni bir kənara qoyaq, mən heç vaxt eyni turnirdə iki dəfə ardıcıl qalib gəlməmişəm, ona görə də bu inanılmaz olacaq. Amma bu qolfdur, burada siz heç nədən tam əmin ola bilməzsiniz”.

Türk Hava Yollarının Baş Marketinq Direktoru Ahmet Olmuştur deyib: “Türk Hava Yolları” Castin Rouzun öz titulunu qorumaq üçün yenidən Antalyaya səfər etməsinə şaddır. O, burada yeni standartlar yaradıb və ondan o mükafatı almaq mükəmməl performans tələb edir”.

Türkiyə Qolf Federasiyasının Prezidenti Ahmet Ağaoğlu deyib: “Castin Türk Hava Yolları Açıq Qolf Turnirinin əsas simasıdır və onu yenidən Türkiyədə görmək bizim üçün şərəfdir. O, ən yaxşı oyunçulardan biridir və qolf idmanı üçün əvəzedilməz səfirdir. Əminəm ki, o yenidən bu möhtəşəm turnirin əsas fiquru olacaq”.

“Türk Hava Yolları Açıq Qolf Turniri” 7-10 noyabr tarixlərində Antalyada baş tutacaq və Avropa Turu Roleks Seriyasının tərkib hissəsidir.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Radiasiya yüksək olan ərazilərdə pol-pola qəbul edilməsi məsləhətdir







Anar Ağakişiyev: Öz kosmetika brendimi yaradıram







Şəki sakini "Opeli" aşırdı, xəstəxanaya aparılarkən yolda öldü







“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digər Xarici İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az