Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



27 Okt
2019
19:00
852

27
Okt
19:00



Toyota hibridlərin batareyasına zəmanəti 10 ilə kimi artıracaq

Toyota şirkəti hibrid modellərin batareyasına verdiyi zəmanət müddətini 8 il və 160 min kilometrdən 10 il və 240 min kilometrə qədər artırmaq qərarına gəlib. Bu yolla yapon markası ikinci əl bazarında satılan işlənmiş hibridlərə olan marağı artırmaq istəyir.

İlk Toyota hibridlərinin 20 il bundan öncə satışa çıxmasına baxmayaraq, bir çoxları belə avtomobillərə ehtiyatla yanaşırlar. Yapon markasının menecerlərinin fikrincə, akkumulyator batareyalarına verilən zəmanətin genişləndirilməsi potensial müştərilərin təşvişini azaltmalıdır.

XeberOxu.Az autograph.az-a istinadən bildirir ki, Toyota şirkətinin hesablamalarına görə, normal şəraitdə hibrid akkumulyatorların istismar müddəti 10 il təşkil edir. Bu müddət ərzində orta amerikan avtomobili 240-320 min kilometr arasında məsafə qət edir. Batareyanın dəyişdirilməsi avtomobilin sahibinin cibinə ciddi zərbə vuraraq, yanacaq qənaətini sıfıra endirmiş olur. Məlum məsələdir ki, batareyanın qiyməti bir neçə min dollar təşkil edir.

Toyota şirkəti 10 illik zəmanətin yalnız akkumulyator batareyalarına şamil edildiyini bildirir. İdarəetmə modulları və inventorlar kimi digər elementlərə zəmanət əvvəlki kimi 8 illikdir.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az