Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



29 Okt
2019
02:00
1101

29
Okt
02:00



Qarğıdalının bilmədiyiniz faydaları

Qarğıdalı sağlamlıq üçün lazım olan kalorini təmin etməklə yanaşı, A, B və E vitamini baxımından da zəngin bir bitki mənşəli mənbədir. Yüksək miqdarda lif tərkibinə malik olan qarğıdalı, karotin baxımından da zəngindir. Qarğıdalı ferul turşusu, beta karotin, vanilin turşusu, kumarin turşusu, kofein turşusu və sirenqik turşusu kimi bəzi bitki mənşəli qida komponentlərini özündə birləşdirir. Yaxşı bir maqnezium mənbəyi olan qarğıdalı, manqan, dəmir və mis mineralları baxımından da yaxşı bir qida mənbəyidir.

Qarğıdalının sağlamlığa faydaları nələrdir? 

XeberOxu.Az medicina.az-a istinadən bildirir ki, bol miqdarda lif ehtiva edən qarğıdalı həzm sistemi xəstəliklərinin qarşısını alır, qəbizlik, hemoroid və kolorektal xərçəngi kimi xəstəliklərinin qarşısını alır. Yaxşı bir antioksidant mənbəyi olan qarğıdalı bu sayədə bir antikanserogen qida mənbəyidir. 

Qarğıdalı Alzheymer xəstəliyi təhlükəsini azaltmağa kömək edir və ürək xəstəlikləri riskini azaldır. Yüksək təzyiqi aşağı sala bilən qarğıdalı, anemiya riskini də azaldır, xolesterol və qanda şəkəri tənzimləyir. Bunlara əlavə olaraq qarğıdalı dərinin sağlamlığını da qoruyur.

100 qram qarğıdalı 342 kalori deməkdir. Bunun üçün də qarğıdalı sürətli şəkildə çəki artımına səbəb ola bilir. Xüsusilə, az çəki problemi olan arıq insanlar üçün faydalı olan qarğıdalı, maddələr mübadiləsi və bədən üçün çox yaxşı bir enerji mənbəyidir.
 
Yüksək lif tərkibi sayəsində qarğıdalı həzm sistemi sağlamlığını qoruyar və həzm problemləri təhlükəsini azaldır. Gündəlik qəbul edilməsi tövsiyə olunan lifin, təxminən 18.4%-ni təmin edən qarğıdalı, qəbizlik və hemoroid kimi həzm problemləri ilə mübarizə aparır. Qarğıdalı yoğun bağırsaq xərçəngi təhlükəsini azaldır, bağırsaq hərəkətlərini nizamlayır.

Bol miqdarda qarğıdalı istehlak etməyin zərəri ola bilərmi?

Qarğıdalı yüksək nisbətdə beta karotin və A vitamini ehtiva etməkdədir. Sağlamlıq üçün faydalı olan beta karotin və A vitamini siqaret istifadə edənlər üçün faydadan daha çox zərərli təsir göstərir. Mütəmadi olaraq siqaret çəkən şəxslər bol miqdarda qarğıdalı istehlak etdikləri təqdirdə, ağciyər xərçəngi risklərini də artırmış olurlar.

Yüksək miqdarda yağ turşuları ehtiva edən qarğıdalı həm ürək xəstəlikləri baxımından risk qrupunda olanlar üçün, həm də ürək xəstələri üçün təhlükəli vəziyyət yaradır.
 
Bol miqdarda istehlak edilən qarğıdalı qandakı şəkər səviyyəsini yüksəldə bilər. Bol miqdarda qarğıdalı yemək artıq çəki almağa səbəb ola bilər.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az