Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



01 Noy
2019
18:18
465

01
Noy
18:18



Güclü külək əsəcək, qar yağacaq - HƏFTƏ SONUNUN HAVASI
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XeberOxu.Az-a verilən məlumata görə, Böyük və Kiçik Qafqazda arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Noyabrın 3-də gündüz hava əsasən yağmursuz keçəcək. Arabir güclənən qərb küləyi noyabrın 3-də gündüz  mülayimləşəcək. Havanın temperaturu dağətəyi rayonlarda 15-18, dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 15-18, dağlıq rayonlarda 7-10 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasında arabir yağış yağacağı, noyabrın 3-də gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 15-19 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında arabir yağış yağacağı, noyabrın 3-də gündüz havanın  əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi noyabrın 3-də gündüz mülayimləşəcək. Havanın maksimal temperaturu 15-18 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da arabir yağış yağacağı, noyabrın 3-də gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 13-18 dərəcə isti təşkil edəcək.

Paytaxtda isə fasilələrlə yağış yağacağı gözlənilir. Noyabrın 2-si səhərdən 3-ü səhərədək güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 12-15 dərəcə isti təşkil edəcək.
Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Radiasiya yüksək olan ərazilərdə pol-pola qəbul edilməsi məsləhətdir







Anar Ağakişiyev: Öz kosmetika brendimi yaradıram







Şəki sakini "Opeli" aşırdı, xəstəxanaya aparılarkən yolda öldü







“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digər Hava proqnozu xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az