Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Noy
2019
06:46
810

02
Noy
06:46



Vasif Məhərrəmlidən növbəti qalmaqal: Get, gözətçiliyini et - VİDEO

Əməkdar artist Vasif Məhərrəmli ötən axşam “Xəzər TV”də yayımlanan “5-də 5” proqramında qonaq olub.

XeberOxu.Az xəbər verir ki, Vasif canlı efirdə mühafizəçi ilə söz savaşına çıxıb. Səbəb sənətçinin studiyaya özü ilə mobil telefonunu keçirtmək istəməsi olub.

Bu isə canlı efirin qaydalarına ziddir. Məhərrəmli bu qaydalara riayət etmək istəməyib və mühafizəçi ilə dilləşib. 

O, təhlükəsizlik işçisinə “Get, gözətçiliyini et” deyib.

Proqramın kulisində yaşanan gərgin dolu anlar canlı efirə də çıxıb. Verlişin aparıcısı Zaur Kamal isə ikilini sakitləşdirməyə çalışsa da, mübahisə daha da şiddətlənib.

Bunu görən Zaur rejissora səslənərək “bunu sakitləşdirin, səsi başıma düşür” deyib.


Qeyd edək ki, Əməkdar artist Vasif Məhərrəmli bundan öncə də müxtəlif peşə sahiblərinə qarşı ağır ifadələr səsləndirərək, izləyicilərin qınağına tuş gəlib.

Belə ki, V.Məhərrəmli, ötən həftələrin birində “Ay Zaur” proqramında qonaq olduğu zaman dilə gətirdiyi “Heç vaxt mazut iyi gələn adamın yanında oturmuram. Mən dünyanın ən bahalı ətrini vururam” kəlmələri tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Onlar Vasifi bu sözlərinə görə sosial şəbəkələrdə linç ediblər.

Daha sonra isə əməkdar artist açıqlamasında proqramdakı çıxışını təhrif olunduğunu söyləyərək, özünə bəraət qazandırmağa çalışıb. 

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Gələn ilin əvvəlindən pensiyalar bu qədər artacaq - Fond sədrindən AÇIQLAMA







Prezident Administrasiyası: Azərbaycanın multikulturalizm ideyası onun xarici siyasətinin səmərəliliyini artırır







Əlyazmalar İnstitutu işçi axtarır - Müsabiqə elan edildi







Keçmiş icra nümayəndəsinin toyunda qan düşdü


Digər Şou-biznes xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az