Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



05 Noy
2019
10:53
204

05
Noy
10:53



Azərbaycan Dövlət Pedaqoji Universitetində “Avro 2020” Könüllülük Proqramı ilə bağlı görüş olub

Futbol üzrə “Avro 2020”nin Bakı Olimpiya Stadionunda keçiriləcək 3 qrup oyunu, eləcə də 1/4 final mərhələsi qarşılaşması ilə əlaqədar yaradılmış Əməliyyat Qrupunun üzvləri tədbirə hazırlıq məqsədilə noyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbə və müəllim heyəti ilə görüşüblər.

XeberOxu.Az AFFA-ya istinadla xəbər verir ki, 250-dən çox tələbənin iştirak etdiyi görüşdə Avropa çempionatının tarixi, maraqlı faktlarla yanaşı, Könüllülər Proqramının ötənilki uğurları, eləcə də “Avro 2020” ilə bağlı keçirilməsi planlaşdırılan tədbirlər haqda təqdimat nümayiş olunub.

Tədbirdə təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsuliyyətli olan AFFA əməkdaşları, “Avro 2020” Könüllülər Proqramının səfiri Taleh Yüzbəyov da iştirak ediblər. Qonaqlar tələbələrin idman və qeyri-idman sahəsində lazımi təcrübə əldə etməsi, gənclərin asudə vaxtının səmərəli təşkili, onların irimiqyaslı və ölkə əhəmiyyətli tədbirlərlə bağlı texniki bilik və bacarıqlarının artırılması baxımından bu cür tədbirlərin təşkilinin əhəmiyyətindən danışıblar, həmçinin bir zamanlar könüllü olaraq qazandıqları təcrübəni və xatirələri tədbir iştirakçıları ilə bölüşüblər.

Könüllülər Proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıq olacaq. Proqram çərçivəsində tələbələr üçün təşkilati məsələlərlə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi ustad dərslərinin və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.

Noyabrın 15-dək davam edəcək universitet kampaniyası paytaxtda fəaliyyət göstərən 21 təhsil ocağını əhatə edəcək.

Qeyd edək ki, “Avro 2020” Bakı Könüllülər Proqramına qeydiyyat noyabrın 29-u saat 23:59-da yekunlaşacaq.


 

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az