Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



05 Noy
2019
17:17
228

05
Noy
17:17



15 noyabrda avtomobillərdə plyonkalar söküləcək? - Sürücülərin nəzərinə! – VİDEO
Son günlər sürücüləri qayğılandıran suallardan biri və bəlkə də ən birincisi pərdələrdən il boyu istifadəyə icazənin verilib-verilməyəcəyidir. Ötən illərdən fərqli olaraq, bu il pərdə və jaluzlərdən çox, plyonkalı maşınlar daha çox gözə dəyir.

XeberOxu.Az-ın məlumatına görə,  ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb.  

Elməddin Müradlı – Yol nəqliyyat üzrə eskpert: “Bu gün avtomobilinin dörd tərəfini bağlayan sürücülərə də rast gəlinir. Bütün bunlar yol polisinin gözü qarşısında baş veririr.  Arxa şüşələrinə pərdə yerinə plyonka vuran sürücülər də var. İndi onlar da narahatdır ki, ayın 15-i bunu söküm, yoxsa yox?”.

Sürücü: “Tam plyonkalı maşınlar indi də var şəhərdə. Niyə cərimələmirlər bilmirəm?!”

Vəziyyəti qəliz edən məqam Azərbaycanın qoşulduğu beynəlxəlq konvensiyalar və ölkədə tətbiq edilən standartların ziddiyət təşkil etməsidir.

Avropa İqtisadi komisiyasının qəbul etdiyi etdiyi 43 qərar var ki, orada gösərilir; Sürücü özündən arxada qalan yan və arxa şüşələri tündləşdirə bilər. Bunun üçün isə onun qarşısına hər hansısa bir öhtəlik qoyulmayıb”.

Amma Yerli qaydalarda, yəni “AZƏRS” standartında bu şüşələrin tündəşdirilməsi üçün xüsusi ölçülər tətbiq edilir.

Elməddin Müradlı – Yol nəqliyyat üzrə eskpert: “Avtomobilin arxa yan şüşələri 40 faiz, tam arxa şüşə 100 faiz, alınlıq isə 25 faiz. Yol hərəkəti üzrə təklükəli bir şey deyil, qırmızı işığın tələbini pozmur, nəqliyyat vasitəsini sərxoş idarə etmir”.

Millət vəkili Çingiz Qənizadə, pərdə və plyonka ilə bağlı qadağanı düzgün saymır.

Çingiz Qənizadə - Milli Məclisin deputatı: “Yan qapılarda, yan şüşələrdə pərdə və plyonka heç bir problem deyil. Bilirsiniz ki, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ləğv edilib. Ləğv edilibsə, onun qərarları da qüvvədən düşüb. Düşməyibsə, biz kömək etməliyik ki, düşsün”.

Hələ ki, pərdələrdən istifadə ilə bağlı qaydalar öz qüvvəsində qalır. Qadağanın nə vaxt aradan götürüləcəyi isə, bəlli deyil...
Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Radiasiya yüksək olan ərazilərdə pol-pola qəbul edilməsi məsləhətdir







Anar Ağakişiyev: Öz kosmetika brendimi yaradıram







Şəki sakini "Opeli" aşırdı, xəstəxanaya aparılarkən yolda öldü







“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az