Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Noy
2019
01:16
274

07
Noy
01:16



Ədəbiyyat Muzeyində böyük türk filosofu Əbunəsr Əl Fərabiyə həsr olunan elmi seminar

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində IX-X əsr Şərq fəlsəfəsi və elmi fikrinin görkəmli nümayəndəsi Əbunəsr Əl Fərabiyə həsr olunan elmi seminar keçirilib.

XeberOxu.Az-ın məlumatına görə,  Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi və təqdimi şöbəsinin elmi işçisi Natavan Bağırova “Əl Fərabi fəlsəfəsində ilk varlıq anlayışı” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi böyük türk filosofu Əbunəsr Əl Fərabinin dövrü və zəngin elmi yaradıcılığı barədə məlumat verib, onun ömrünün böyük bir hissəsinin Dəməşq şəhərindəki Seyfəddövlə (944-967) sarayı ilə bağlı olduğunu bildirib. O, Əl Fərabinin ərəb hökmdarı Seyfəddövlənin hakimiyyəti dövründəki elmi fəaliyyətindən, onun fəlsəfə, məntiq, qrammatika, tibb, həndəsə və astronomiyaya dair çoxsaylı əsərlərindən bəhs edib.

Natavan Bağırova Əl Fərabinin “Fəzilətli şəhər əhlinin baxışları” əsərini təhlil edərək, alimin ilk varlıq haqqında fəlsəfi mühakimələrini “Qurani Kərim” ayələrilə müqayisədə izah edib.

Seminar məşğələsi muzeyin elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirli, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Nəzmiyyə Yigitoğlu və Ekspozisiyanın qorunması, izahı və audio-video müşayiətin təmini şöbəsinin müdiri Tomiris Babanlının çıxışları ilə davam edib.


 

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Özbəkistanlı qonaqlar “Azərbaycanfilm” kinostudiyasında olublar







Türkiyədən Azərbaycana iş tapmaq üçün gələnlərin sayı artıb







Cəlilabadda elektrik ustasını dirəkdə cərəyan vurub öldürdü







Jan-Klod van Dammdan Azərbaycanla bağlı maraqlı paylaşım


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az