Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Noy
2019
02:18
266

07
Noy
02:18



Bakıda X Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi keçirilib

Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində X Bakı Beynəlxalq Qısa Filmlər Festivalının təntənəli açılış mərasimi keçirilib.

XeberOxu.Az-ın məlumatına görə, “Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival Mədəniyyət, Gənclər və İdman nazirlikləri, Gənclər Fondu və Azərbaycan Prodüserlər Gildiyasının təşkilati dəstəyi ilə reallaşır. 

Tədbiri festivalın direktoru Fehruz Şamıyev açaraq festivalın təşkilatçılarına təşəkkürünü bildirib. O, festivala marağın ildən-ilə artdığını və bunun da qürurverici olduğunu qeyd edib.

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev tədbirdə çıxış edərək festivalın məsuliyyətli bir iş olduğunu söyləyib. Bildirib ki, festival gənc rejissorların öz fikir və təcrübələrini bölüşmək üçün əla bir platformadır. Onuncu dəfə keçirilən festivalın artıq beynəlxalq aləmdə uğur qazandığını deyən C.Quliyev ən güclülərin qalib seçilməsini arzulayıb.

Bir çox kino mükafatlarına layiq görülən kino və teatr rejissoru, ssenari müəllifi İlqar Safat (Azərbaycan), 65-ci Kann kinofestivalının “Qızıl palma” mükafatçısı, kinorejissor Rezan Yaşılbaş (Türkiyə), 60-dan çox xarici festivalda mükafatlara layiq görülən Kərim Əzimi (İran), CineDOC-Tbilisi Beynəlxalq Sənədli Film Festivalının direktoru Artçil Xetaquri (Gürcüstan) festivalın əhəmiyyətini vurğulayaraq işinə uğurlar arzulayıblar. Bildiriblər ki, festivalda qalib seçilən filmlər “YouTube” və digər platformalarda təqdim ediləcək.

Diqqətə çatdırılıb ki, beynəlxalq status daşıyan festival 35 yaşına kimi olan rejissorların maksimum 35 dəqiqəlik qısametrajlı filmlərinin müsabiqəsini və nümayişini təşkil edir. Həm yerli, həm də əcnəbi kinematoqrafçıların qatıldığı kinoforumun proqramı beynəlxalq, yerli, “Cinemobil” müsabiqə bölmələri, ustad dərslərindən ibarətdir. Festivalın baş mükafatı "Qızıl nar" uğrunda 21 ölkədən 48 film yarışır. Mükafat uğrunda yarışan filmləri yerli və xarici mütəxəssislərdən ibarət peşəkar kino xadimləri qiymətləndirirlər.

Festivalın məqsədi yerli müəllifləri stimullaşdırmaqla yanaşı, onları dünya praktikası, yeni tendensiyalarla tanış etmək, yaradıcılıq müzakirələri üçün peşəkar ortam yaratmaqdır.

Qeyd edək ki, filmlər noyabrın 9-dək saat 11:00-dan 16:00-dək Nizami Kino Mərkəzində nümayiş olunacaq. Filmlərə giriş sərbəstdir.


 

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Özbəkistanlı qonaqlar “Azərbaycanfilm” kinostudiyasında olublar







Türkiyədən Azərbaycana iş tapmaq üçün gələnlərin sayı artıb







Cəlilabadda elektrik ustasını dirəkdə cərəyan vurub öldürdü







Jan-Klod van Dammdan Azərbaycanla bağlı maraqlı paylaşım


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az