Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Noy
2019
12:38
180

07
Noy
12:38



Tamblinq və batut gimnastikası üzrə Azərbaycan çempionatları keçiriləcək

Azərbaycan Gimnastika Federasiyasının (AGF) yerli yarışlarının növbəti iştirakçıları tamblinq və batut gimnastikasının təmsilçiləri olacaq. Noyabrın 8-9-da tamblinq üzrə 17-ci Azərbaycan çempionatı və birinciliyi, həmçinin batut gimnastikası üzrə 5-ci ölkə çempionatı və Birinciliyi keçiriləcək.

XeberOxu.Az AGF-ə istinadla xəbər verir ki, digər yarışlardan fərqli olaraq tamblinqçilər və batutçular ayrı-ayrı məkanlarda yarışacaqlar. Tamblinq yarışları noyabrın 8-də Bakı Gimnastika Məktəbində, batut gimnastikası üzrə yarışlar isə ertəsi gün Bakı Olimpiya İdman Kompleksində baş tutacaq.

Tamblinq yarışlarında Bakı Gimnastika Məktəbi və “Neftçi” idman klubunun nümayəndələri uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş qruplarında mübarizə aparacaqlar.

Batut gimnastikası üzrə yarışda balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyaları üzrə iştirakçılar fərdi və sinxron proqramda Bakı Gimnastika Məktəbi və “Ocaq Sport” idman klubunu təmsil edəcəklər.

Yarışda ilk dəfə Qaxdan olan gimnastlar da iştirak edərək, nümunəvi çıxışlar göstərəcəklər.

Qeyd edək ki, tamblinq üzrə yarışa giriş sərbəstdir, batut gimnastikası üzrə turnirə isə biletlərin qiyməti 5 manat təşkil edir.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az