Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Noy
2019
07:15
213

08
Noy
07:15



ADU-da Dövlət Bayrağı gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) YAP Gənclər Birliyi və Azərbaycanşünaslıq Elmi-tədqiqat laboratoriyasının (ETL) birgə təşkilatçılığı ilə Dövlət Bayrağı gününə həsr olunan “Üçrəngli bayrağımız and yerimizdir” adlı tədbir keçirilib.

Universitetdən XeberOxu.Az-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının üçrəngli bayrağı haqqında videoçarx nümayiş olunub.

ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla iştirakçıları Dövlət Bayrağı günü münasibətilə təbrik edib: “Bugünkü tədbir son dərəcə vacibdir. Hər ölkənin, hər xalqın həyatında elə simvollar var ki, insanlar o simvolların uğrunda ölümə gediblər. O simvollardan ən vacibi bayraqdır. Bayraq ölkənin adına çevrilir. Ulu öndərin Naxçıvanda qaldırdığı üçrəngli bayraq bu gün də Azərbaycanın üzərində vüqarla dalğalanır. Məmməd Əmin Rəsulzadə demokratik respublika dövründə demişdi ki, bir daha yüksələn bayraq bir daha enməz. Zaman göstərdi ki, enə də bilərmiş. Amma zaman onu da göstərdi ki, o, bir daha da qalxa bilərmiş. Bunu Heydər Əliyev bacardı. Bu gün Azərbaycan çox böyük siyasi cəsarətlə, iradə ilə inkişaf edir. Bu gün Azərbaycanın Prezidenti ölkənin mənafeyini göz bəbəyi kimi qoruyur. Bayrağa hörmət, məhəbbət hamımızın vətəndaşlıq, övladlıq, insanlıq borcumuzdur. Himn, bayraq, prezident – bu üç simvol xalqın müstəqillik, inkişaf yolunda ən dəyərli simvollarıdır. İnanıram ki, universitetimizin tələbələri, müəllimləri bayraq anlayışına öz şəxsi maraqlarından deyil, ictimai mənafedən yanaşacaqlar. Universitet olaraq bizim mücadiləmiz auditoriyalarda, kitabxanalarda, dərs otaqlarında, konfranslarda, seminarlarda gedir. O mücadilə bu gün bizi həm düşmənlərimizə qarşı daha möhkəm edir, həm də dostlarımızın yanında möhkəm edir. Bu işdə hamınıza uğurlar arzu edirəm. Yaşasın Azərbaycan bayrağı!”

Tədbirdə Təhsil-2 fakültəsinin tələbələri İlahə Mehdiyeva “Azərbaycan bayrağının keçdiyi tarixi yol” mövzusunda çıxış edib, Zeynəb Əliyeva “Sənə mənim gözümlə baxmayanın, məzarını qazacağam!” adlı şeiri söyləyib. Filologiya fakültəsinin tələbəsi Kəmalə Həsənova “Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli bayraq”, Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbələri Güllü Səfərova və Əhməd Əliyev “Azərbaycan Respublikasının üçrəngli bayrağı” haqqında danışıblar.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Azərbaycanda orta aylıq nominal əməkhaqqı 35,8 faiz artıb







"Zaminbank"dan 1,337 milyon manat mənimsəyən bank işçilərinə hökm oxundu







"Smart-kart" tipli sayğaclar barədə yayılan məlumatlara dair "Azəriqaz"dan AÇIQLAMA







İlham Əliyev və Mehriban Əliyeva Maksim Qalkinin yaradıcılıq axşamında


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az