Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Noy
2019
01:09
121

08
Noy
01:09



Taylandda “Azərbaycanın logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ilə bağlı məruzə təqdim olunub

Taylandın Banqkok şəhərində “Asiya və Sakit okean regionunun inkişaf etməkdə olan ölkələrində Struktur İqtisadi Transformasiyanın Təşviqi” adlı regional görüş keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, tədbir BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP), eləcə də BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) təşkilatçılığı ilə baş tutub.

Görüş çərçivəsində UNESCAP-ın Makroiqtisadi Siyasət, Yoxsulluğun Azaldılması və İnkişafın Maliyyələşdirilməsi Komitəsinin 2-ci sessiyası olub. Məqsəd region ölkələri tərəfindən iqtisadi transformasiya istiqamətində həyata keçirilən islahatların, qarşıya çıxan məhdudiyyət və çətinliklərin, o cümlədən milli strateji yol xəritələrinin inkişafı üçün zəruri olan beynəlxalq təcrübə və məlumatların nəzərdən keçirilməsi, bu sahədə təcrübə mübadiləsinin aparılmasıdır.

İclasda əksər üzv ölkənin nümayəndələri, eləcə də ESCAP və UNCTAD katibliyinin və digər beynəlxalq təşkilat və qurumların rəsmiləri iştirak edib.

Tədbirdə Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı məsləhətçisi Emil Əhmədov, Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin şöbə müdiri Emin Məmmədov və Mərkəzi Bankın departament müdiri Asif Qasımov təmsil edib.

Görüş çərçivəsində “Ölkələrin təqdimatı” adlı sessiya da keçirilib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmisi Emil Əhmədov ölkəmizdə BMT-nin Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin icrası, beynəlxalq nəqliyyat layihələrinin təşviqi və inkişaf etdirilməsi, eləcə də “Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”nin iqtisadi transformasiya istiqamətində rolu barədə məruzə ilə çıxış edib.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Özbəkistanlı qonaqlar “Azərbaycanfilm” kinostudiyasında olublar







Türkiyədən Azərbaycana iş tapmaq üçün gələnlərin sayı artıb







Cəlilabadda elektrik ustasını dirəkdə cərəyan vurub öldürdü







Jan-Klod van Dammdan Azərbaycanla bağlı maraqlı paylaşım


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az