Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Noy
2019
11:57
189

08
Noy
11:57



Rusiyada demoqrafik proseslərdə mənfi tendensiya davam edir

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə müsahibəsində bildirib ki, Kreml ölkədə demoqrafik proseslərdə mənfi tendensiyanın davam etməsindən xəbərdardır. AZƏRTAC RIA Novosti agentliyinə istinadla xəbər verir ki, Rusiyanın Hesablama Palatası ölkədə əhalinin sayında azalmanın dörd il dalbadal davam etdiyini bildirib.

D.Peskov əlavə edib ki, bu tendensiya əvvəllər də, o cümlədən milli layihələrin hazırlanması vaxtı məlum idi. “Bildiyiniz kimi, onlardan biri də demoqrafiya proseslərinə həsr olunub. İndi doğuşların stimullaşdırılması, çoxuşaqlı ailələrin dəstəklənməsi və digər demoqrafik tədbirləri saymağa lüzum görmürəm. Onlar artıq dəfələrlə bəyan edilib”, -deyə mətbuat katibi vurğulayıb. O xatırladıb ki, Rusiya Prezidenti Vladimir Putin öz çıxışlarında ölkənin demoqrafik çuxurda olmasını dəfələrlə qeyd edib və bu, ilk növbədə, tarixi amillərlə əlaqədardır. “Bu çuxur, hər şeydən əvvəl, Böyük Vətən müharibəsi illəri ilə bağlıdır, sonra 90-cı illərin əvvəlində Sovet İttifaqının süqutu ilə daha da dərinləşdi. İndi hər iki çuxur özünü göstərir və bu səbəbdən də bu cür mənfi dinamika müşahidə olunur”, -deyə D.Peskov sözlərinə yekun vurub.

Hesablama Palatasının məlumatına görə, Rusiyada işçi çatışmazlığı ilə əlaqədar 2018-ci ildə 125 minə yaxın miqrant qəbul olunub. Lakin bu insanlar azalan əhali sayının yalnız 57,2 faizinin yerini doldurub. Ölkəni tərk edən rusların sayı isə 44 faiz artıb. Cari ilin səkkiz ayı ərzində Rusiyada əhalinin sayı 219,2 min nəfər azalıb.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Özbəkistanlı qonaqlar “Azərbaycanfilm” kinostudiyasında olublar







Türkiyədən Azərbaycana iş tapmaq üçün gələnlərin sayı artıb







Cəlilabadda elektrik ustasını dirəkdə cərəyan vurub öldürdü







Jan-Klod van Dammdan Azərbaycanla bağlı maraqlı paylaşım


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az