Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Noy
2019
19:19
138

08
Noy
19:19



Dövlət Bayrağı Günü ilə bağlı Abşeron Milli Parkında qaçış marafonu keçiriləcək

9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar sabah Abşeron Milli Parkında “Sağlam ətraf mühit, sağlam həyat naminə” qaçış marafonu keçiriləcək.

XeberOxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, milli parkda ilk dəfə keçiriləcək qaçış marafonunun əsas strateji hədəfi milli parklarda ekoturizmin daha da inkişafına nail olmaq, insanları ətraf mühitin sağlamlaşdırılması tədbirlərinə dəstək göstərməyə çağırmaq, milli parklarda bu cür tədbirlərin keçirilməsi ənənəsini formalaşdırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.

“Sən də qoşul, dostlarını sağlam ətraf mühitdə sağlam yaşamağa dəvət et!” şüarı ilə keçirilən marafona Aqrar Tədarük və Təchizat ASC-nin nümayəndələri də qoşulacaq və 6 kilometr məsafə qət ediləcək.

Sonda qaliblərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri tərəfindən hədiyyələr veriləcək, bütün marafon iştirakçılarına isə mayın 1-dək yaxınları ilə birgə Abşeron Milli Parkına birdəfəlik ödənişsiz giriş imkanı yaradan dəvətnamə təqdim olunacaq.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda 14 yaşlı qız uşaq dünyaya gətirdi







Əli Əsədovdan Maliyyə Nazirliyi ilə bağlı - QƏRAR







Sumqayıtda 5 marketdən seyf oğurlayan şəxslər saxlanılıblar







Sosial şəbəkələrdə narkotik satan dəstə üzvü tutulub


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az