Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Noy
2019
21:02
114

08
Noy
21:02



Dağlıq və dağətəyi rayonlarda meşəcinsli ağacların əkilmə qaydaları

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə noyabr ayında bir gündə indiyədək görünməmiş sayda, 650 min ağac əkiləcək.

Ağacların necə əkilməsi və əkilən ağacların bitiş faizinin yüksək olması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əkinçilik üzrə mütəxəssisi Rəhim İbrahimov Trend-ə müsahibəsində dağlıq və dağətəyi ərazilərdə meşəcinsli ağacların əkilmə qaydaları, təbii şəraitə və relyefə uyğun ağac seçimi, mütləq olaraq yerinə yetirilməsi vacib sayılan texniki göstəricilər barədə tövsiyələr verib.

- Dağlıq və dağətəyi rayonlarda hansı meşəcinsli ağaclar əkilməlidir?

- Dağlıq və dağətəyi rayonlarda yerli iqlim şəraitinə uyğun vələs, fıstıq, palıd, adi şam, dəmirağac, ağcaqayın, tozağacı, göyrüş, cökə, ardıc və s. ağaclar əkilir.

- Meşəcinsli ağacları əkərkən nələrə diqqət yetirilməlidir?

- Dağlıq və dağətəyi rayonlarda meşəcinsli ağacların əkilməsi torpaqqoruyucu, susaxlayıcı, iqlimtənzimləyici və s. məqsəd daşıyır. Ağaclar əkilən zaman ilk növbədə yerin seçilməsinə diqqət yetirilməlidir. Əkinin mailliyi 10 dərəcədən yuxarı olan yerlərdə 40-50 sm dərinlikdə və 40-50 sm diametrində şahmat üsulu ilə çala qazılaraq aparılması məqsədəuyğundur. Ağac tingləri münbit torpaq və üzvi gübrə qarışığı ilə çalanın düz ortasında əkilməlidir. Cinslərindən asılı olaraq meşə tingləri terraslarda 2x2, maillik 10 dərəcədən aşağı olan sahələrdə isə 3x1, 3x2, 4x1, 4x2 sxemlərində əkilməlidir. Dağlıq ərazilərdə ağaclar əkilərkən çalaların ətrafı yağış sularının yığılması üçün su saxlayıcı formaya salınmalıdır.

Dağlıq və dağətəyi ərazilərdə qışı sərt keçən bölgələrdə əkinin yazda aparılması daha məsləhətdir. Əgər tinglər payız mövsümündə əldə olunubsa, yazda əkmək üçün tingləri müvəqqəti basdırmaq lazımdır. Əkiləcək tinglər 2 illik, kök boğazı ən azı 10-12 mm, kök sistemi isə 30-35 sm olmalı, əkilməmişdən qabaq mil kökləri kəsilməlidir ki, ağac yaxşı inkişaf etsin.

Ağacların yaxşı inkişaf etməsi və bitiş faizinin yüksək olması üçün eyni zamanda onlara üzvi və mineral gübrə verilməlidir. Azot, fosfor və kalium gübrələrindən də istifadə etmək olar. Əkilən ağaclara mütəmadi xidmət gösrərilməli və suvarma işləri aparılmalıdır. Ağaclara qulluq məqsədilə dibləri yumşaldılmalı (bu proses 2 dəfə suvarmanı əvəz edir), ətrafı alaq otlarından təmizlənməlidir. Budama əsasən əkinin 2-ci ilindən sonra aparılır.

Məqalə:

ağacların əkimi,ağac,ekim

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Radiasiya yüksək olan ərazilərdə pol-pola qəbul edilməsi məsləhətdir







Anar Ağakişiyev: Öz kosmetika brendimi yaradıram







Şəki sakini "Opeli" aşırdı, xəstəxanaya aparılarkən yolda öldü







“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az