Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



21 Sen
2019
15:29
633

21
Sen
15:29



Əli Əhmədov İsmayıllıda YAP fəalları ilə görüş keçirib

Sentyabrın 21-də İsmayıllı rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) Qobustan, İsmayıllı, Şamaxı, Ağsu, Kürdəmir və Qəbələ rayon ilk təşkilat sədrlərinin iştirakı ilə zona müşavirəsi və gənclərlə görüş keçirilib.

Xeberoxu.Az-ın məlumatına görə, APA-nın yerli bürosunun xəbərinə görə, tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin İsmayıllı şəhərindəki abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdən öncə Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov Qarabağ müharibəsi əlilləri ilə görüş keçirib, onların problemlərini dinləyib, həlli üçün tədbirlər görüləcəyini bildirib.

Sonra qonaqlar gənclərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Müşavirədə Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov, YAP icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, Milli Məclisin deputatları, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Azərbaycan Qızıl Aypara Cəmiyyətnin sədri Novruz Aslanov, rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov çıxış ediblər.

Əli Əhmədov YAP-ın keçdiyi inkişaf yolundan, gördüyü işlərdən danışıb. O bildirib ki, partiyanın və ölkəmizin inkişafında gənclərin rolu böyükdür: "Hazırda YAP-ın 750 mindən çox üzvü var, bunun da 40 faizi gənclərdr. Ölkəmizdə gənclərin siyasi fəaliyyəti üçün lazımi şərait yaradılıb. Azərbaycan Prezidenti İlham Əliyev apardığı siyasətdə həmişə gənclərə önəm verir. Bu, təsadüfi deyil, gələcəyimiz gənclərlə bağlıdır. İstər dövlət, istər cəmiyyət, istərsə də partiyamızın gələcəyi gənclərlə bağlıdır. Ona görə də bu gün biz gənclərlə ciddi şəkildə işləyirik, müxtəlif tədbirlər keçiririk, onları daha da fəallaşdırırıq ki, Azərbaycanın gələcəyi etibarlı əllərdə olsun. Məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Yeni Azərbaycan Partiyasının bir hissəsi gənclər birliyində birləşiblər və bununla da onlar Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətin həyata keçirilməsində yaxından iştirak edirlər”.

Natiqlər gənclərin daha fəal olmasını, sosial şəbəkələrdə ölkəmizi nüfuzdan salmağa çalışan şəxslərə biganə qalmamağı, onların yalan və böhtanlarına münasibət bildirməyi, dövlətimiz naminə təxribatla məşğul olan insanlarla mübarizə aparmağı, Azərbaycanın milli maraqlarını qorumaq üçün xəyanətkar qüvvələrin çirkin əməllərini pisləməyi tövsiyə ediblər.

“Azərbaycan gəncləri yaxşı təhsil almalı, sağlam böyüməli, idmanla, bədən tərbiyəsi ilə məşğul olmalıdır”, - deyə tədbirdə vurğulanıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəmkirdə mənşəyi məlum olmayan ət satışının qarşısı alınıb







Bakıda dəhşətli hadisə: İt 4 yaşlı uşağı parçalayaraq öldürdü







Bu ərazilərdə qaz təchizatı dayandırılır







Builki artım məqsədyönlü sosial-iqtisadi islahatların nəticəsidir - Deputat


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az