Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Iyun
2019
11:01
4461



“İlahiyyatçı” qəzetinin may buraxılışı nəşr olunub

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyatçı” qəzetinin may buraxılışı çapdan çıxıb.

Aİİ-dən Xeberoxu.az-a verilən məlumata görə, mətbu orqanın 1, 2, 3-cü səhifələrində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin öz iqamətgahında açdığı iftar süfrəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin söylədiyi nitq əksini tapıb. Həmçinin qəzetin ilk səhifəsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki Pir Həsən ziyarətgahında təşkil olunan iftar mərasiminə qatılması yer alıb.

“İlahiyyatçı”nın 3-cü səhifəsində Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı dərc olunub.

Heydər Əliyev Fondunun Ağdamda təşkil etdiyi növbəti iftar süfrəsi qəzetin 4-cü səhifəsində verilib.

Qəzetin may buraxılışında Aİİ rektoru Ceyhun Məmmədovun “Təhsil Azərbaycanın prioritet istiqamətlərindən biridir”; “Azərbaycanın 28 Mayla başlayan azadlığı və müstəqilliyi əbədi olacaq!” məqalələri; Azərbaycan İlahiyyat İnstitutu rektorunun Rusiya Federasiyasına səfəri; “525-ci qəzet”də İnstitutun fəaliyyətini işıqlandıran müsahibəsi əksini tapıb.

Qəzetin digər rubrikalarında ali təhsil müəssisəsində dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsi məqsədi ilə davamlı təşkil olunan seminar, “dəyirmi masa”, tədbirlər, müsabiqə və görüşlərə həsr olunmuş bir sıra yazılar yer alıb: “Quran mətni islahatçılıq qaynağı kimi”; “Avropada antisemitizm tarixi: antik dövrdən bugünədək”; “Mənəviyyat problemi və kamilliyə gedən yol”; “Etik davranış qaydaları”; “İslamda oruc ibadəti” mövzusunda seminarlar; “Heydər Əliyev siyasəti və din təhsili” mövzusunda elmi-praktiki konfrans bu qəbildəndir.

Eyni zamanda, mətbu orqanda İnstitutda tələbələrin yüksəkintellektli, zəngin dünyagörüşlü olması, nitq qabiliyyətinin formalaşması istiqamətində “Həyat gözəldir” filmi nümayiş etdirilib”; “Kitab müzakirəsi keçirilib”; “Dağ yəhudiləri sinaqoqunu ziyarət”; “Aİİ-də “Hədis” yarışması təşkil olunub” başlıqlı yazılar dərc edilib.

Qəzetin müxtəlif səhifələrində İnstitut əməkdaşlarının “Bitməyən bir kitab ol”; “Ölüm var ki həyat qədər şərəfli” məqalələri verilib. Eyni zamanda, Azərbaycan İlahiyyat İnstitutunun xarici əlaqələrinə həsr olunmuş “ABŞ nümayəndə heyətinin üzvləri ilə görüş”; “İndoneziyanın Ahmad Dahlan Universiteti ilə əməkdaşlıq”; “İslam sivilizasiyası Qafqazda”; “Millət vəkili Qənirə Paşayeva və təsəvvüf araşdırmaçısı Camalnur Sarqut ilə görüş” yazıları yer alıb.

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) 2019-2020-ci tədris ili üzrə İnstituta yüksəkintellektli və savadlı gənclərin cəlb olunması məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri haqqında qəzetin “Azərbaycan İlahiyyat İnstitutu bölgələrdə”; “Yüksəkintellektli və savadlı gənclərin sorağı ilə...”; “Şirvanda abituriyentlərlə görüş”; “Azərbaycan İlahiyyat İnstitutu maarifləndirici tədbirlərini davam etdirir” başlıqlı məqalələrində ətraflı məlumat verilib.

Eyni zamanda, qəzetin may sayında, həmçinin Bakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melih Yevdayevlə əməkdaşımızın müsahibəsi dərc olunub.

Mətbu orqanın digər səhifələrində “Dost süfrəsi” aksiyasında”; “Aİİ-nin baş müəllimi beynəlxalq simpoziumda iştirak edib”; “Aprel ayının yekunlarına dair iclas”; “Əliabad İslam Kollecinin tələbələri Aİİ-ni ziyarət edib”, həmçinin “Qan yaddaşımız” yazıları oxuculara təqdim olunub.

Məlumat üçün bildirək ki, qəzetin nəşr olunmasında məqsəd İnstitutun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə ictimaiyyəti məlumatlandırmaq, gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək, onların intellektual səviyyəsini və dünyagörüşünü zənginləşdirmək, ölkəmizdə dini maarifləndirmə işinə töhfə verməkdir.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər Media xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az