Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Iyul
2019
07:30
393



“Azərişıq” Lənkəran Hava Limanına iki elektrik xətti çəkib

“Azərişıq” ASC-nin jurnalistlər üçün təşkil etdiyi media-turun ikinci günündə jurnalistlər qurumun "Cənub" Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində olan Lənkəran rayonunda abunəçilərin elektrik enerjisi ilə təchizatı ilə maraqlanıblar.

XeberOxu.az xəbər verir ki, jurnalistlərə son illər bu regionda da yenidənqurmanın həyata keçirildiyi bildirilib.

Rayon ərazisində tikilən 110/35/10 kVt-luq "Lənkəran 2" yarımstansiyası haqqında məlumat verən "Azərişığ"ın Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) Balans Uçotu Şöbəsinin rəisi Anar Mirzəyev deyib ki, hazırda həmin stansiya Lənkəran Beynəlxalq Hava Limanınıda elektrik enerjisi ilə təchiz edir:

"110/35/10 kVt-luq "Lənkəran 2" yarımstansiyası təxminən 1 il öncə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Hazırda bu stansiya 21 750 abunəçini elektrik enerjisi ilə təchiz edir ki, onların da 19 mini əhali, 1750-i isə qeyri-əhali qrupuna daxildir. Amma bütövlükdə 25-30 min abunəçiyə xidmət göstərmək iqtidarındadır. Yarımstansiya hərəsinin gücü 25 mVt olan 2 transformatordan ibarətdir və ondan 9-u əhali, 9-u isə sərbəst xətt olmaqla, ümumilikdə 18 xətt çıxır. Ən iri sərbəst xətt üzərində Lənkəran Beynəlxalq Hava Limanı yerləşir. Hava Limanı hər iki tərəfdən gərginlik xəttilə təmin edilib. Onlardan biri əsas xətt, digəri isə ehtiyat xəttdir. Bu yarımstansiyadan ümumilikdə Lənkəran şəhəri və 5 kənd elektrik enerjisi ilə təmin edilir".

Xatırladaq ki, cənub rayonlarına təşkil edilən media-səfər Azərbaycanda paylayıcı elektrik şəbəkələrinin yaranmasının 90 illiyi münasibəti ilə "Azərenerji" və "Azərişıq" ASC-lərin başladığı kampaniya çərçivəsində reallaşdırılıb. İlin sonuna qədər digər regionlara da belə səfərlərin təşkili planlaşdırılır.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI







Bakıda kommersiya obyektləri və torpaq sahələri cüzi bahalaşıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az