Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə





15 May
2019
17:52
201



“Nar” “Facebook”səhifəsinə daxil olmuş müraciətləri 100% cavablandırıb
“Nar”  sosial media vasitəsilə yüksəkkeyfiyyətli, operativ və tam müştəri xidmətləri göstərməkdə davam edir.

Xeberoxu.az-a verilən məlumata görə, mobil operator sosial şəbəkələr vasitəsilə daxil olan müraciətlərin hamısına cavab verir. 2019-cu ilin birinci rübü ərzində sosial şəbəkələrdən daxil olan müraciətlərin 25 %-dən çoxu 1 dəqiqə, 53%-ə qədəri isə 10 dəqiqə ərzində cavablandırılıb.

Ümumilikdə, “Nar”-ın bütün sosial şəbəkələrindən daxil olan sorğularına ortalama 8 dəqiqə ərzində cavab verilib. Mobil operatorun üstün müştəri xidmətini nəzərə alan “Socialbakers” beynəlxalq tədqiqatı “Nar”-ın “Facebook” səhifəsini “Socially Devoted” sertifikatına layiq görüb. Belə ki, təşkilatının 2019-cu ilin birinci rübü ərzində apardığı monitorinqin nəticələrinə görə, “Nar” “Facebook” şəbəkəsinə daxil olmuş  müraciətləri 100%  cavablandırıb.

Qeyd edək ki, “Nar” abunəçiləri “Facebook”“Twitter” və “Instagram”, eyni zamanda elektron poçt və onlayn-çat vasitəsilə öz suallarını ünvanlaya və qısa müddət ərzində mobil operatorun sosial media komandası tərəfindən cavab ala bilərlər.

Abunəçilərə sosial şəbəkələr üzərindən əsasən balans haqqında məlumat, şəbəkə/internet çətinliklərinin aradan qaldırılması, “Nar”-ın xidmətləri, tarifləri, internet paketləri, nömrələr üzərində əməliyyat, gələn mesajlar, texniki problemlərin həlli, endirim kampaniyaları, keçirilən müsabiqə və tədbirlərdə iştirak və s.  haqqında ətraflı məlumat əldə  edə bilərlər.

Qeyd edək ki, “Nar” sosial şəbəkələr üzərindən tam müştəri xidməti göstərən ilk telekommunikasiya şirkətidir.

Mobil operatorun müştəri xidmətləri haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən əldə etmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib.

Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
Xeberoxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri

Ən Çox Oxunanlar







Baş nazirin müavini: Gənclər Azərbaycanın inkişafına öz töhfələrini verməkdən kənarda qalmaq istəmirlər







Sahil Babayev və müavinləri vətəndaşlarla görüşüb -FOTO







Baş Polis İdarəsindən sürücülərə: Əmlakınızı avtomobildə saxlamayın -VİDEO







İlham Əliyev müsəlman ölkələrinin səfirlərini qəbul edib - FOTO


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az