Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Iyul
2019
21:37
387



“Qədim Pskov abidələri” Dünya İrs Siyahısına salındı

İyulun 7-də Dünya İrs Komitəsinin 43-cü sessiyasında baxılan növbəti məsələ Rusiya Federasiyasının Pskov şəhərinin 10 kilsə və məbədinin Dünya İrs Siyahısına salınması ilə bağlı olub.

XeberOxu.az-ın məlumatına görə, sessiyada “Qədim Pskov abidələri” adlı nominasiyasına dair İCOMOS-un məruzəsi dinlənildi. Məruzədə qeyd edildi ki, Rusiya şəhərsalma və pravoslav memarlığının ən qədim və gözəl nümunələrinin olduğu Pskov şəhərində hökumət tərəfindən kifayət qədər konservasiya tədbirləri görülmür.

Müzakirələrdə çıxış edən Çin, Norveç, Macarıstan və digər ölkələr Pskov şəhərinin Dünya İrs Siyahısına salınmasının bu qədim şəhərin qorunması baxımından faydalı olacağını vurğuladılar.

Qərar layihəsi qəbul olunduqdan sonra Rusiya Federasiyasının nümayəndə heyəti və Pskov vilayət hökumətinin rəsmi nümayəndəsi minnətdarlıq nitqi ilə çıxış etdilər.

Xeberoxu.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Bizimlə əlaqə saxlayın



Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Ən Çox Oxunanlar







"Stadler" Bakı-Tbilisi-Qars dəmir yolu üçün yeni vaqonların gətiriləcəyi VAXTI açıqladı







Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib







Bakı və Gəncənin bəzi ərazilərində qaz olmayacaq







Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə həbs olunanların SAYI


Digər Dünya xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az