Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Iyul
2019
13:15
648

02
Iyul
13:15



“Türk Hava Yolları” “Boeing 787-9 Dreamliner”i ilə uçuşlara başlayır

“Türk Hava Yolları” açıqlayıb ki, növbəti 4 il ərzində aviaşirkət daima inkişaf edən hava donanmasını 30 ədəd “Boeing 787-9 Dreamliner”i ilə genişləndirəcək. Bu təyyarələrin hər biri fərdi olaraq hazırlanacaq və yeni biznes sinif salonlarla təmin olunacaqlar.

Bayraq daşıyıcısı ötən il ümumilikdə 30 “787-9 Dreamliner” təyyarəsi sifariş verib. Onların “Türk Hava Yolları”nın hava donanmasına 2019-2023-cü illər ərzində qatılması planlaşdırılır.

“787-9 Dreamliner” təyyarəsi yanacaq istifadəsi baxımından qənaətliliyi və uzun məsafələri rahatlıqla qət etməsi ilə tanınır. Yeni təyyarələr 124 ölkə üzrə 311 istiqamətdə reallaşdırılan uçuşlarda sərnişinlərə xidmət göstərəcək.

“787-9” modeli 14.140 km (7635 dəniz mili) məsafə qət edir. Bu da “Türk Hava Yolları”na şəbəkəsini daha da genişləndirməyə imkan verir.

“Dreamliner” 300 sərnişin tutumuna malikdir. Bunlardan 270 yer ekonom, 30 yer isə biznes sinif üçün nəzərdə tutulub.

Genişfüzelyajlı salonda LED pəncərələr işığın düşməsini, yeni filtrasiya sistemi isə təzyiq və rütubəti tənzimləyir. Həmçinin mühərriklər, salon, sistem və cihazlar vibroizolasiya ilə təchiz olunub ki, bu da təyyarədə daha səssiz mühit yaradır.

Biznes sinif sərnişinlər üçün nəzərdə tutulmuş 30 nəfərlik salon 1-2-1 modeli üzrə qurulub. Sərnişinlərə əşyalarının qorunması üçün xüsusi yerlər, güzgü və kokteyllər üçün geniş masalar təklif olunur.

“Türk Hava Yolları” xidmət sahəsini daima genişləndirir. Bu səbəbdən biz “787-9 Dreamliner”ni hava donanmamızın sıralarına əlavə etməyə hazırlaşırıq. Müasir texnologiyaların tətbiqi sayəsində təyyarə istismar nöqteyi-nəzərindən əlverişli və yanacaq istifadəsi baxımından qənaətlidir. Burada sərnişinlər üçün rahat şərait yaradılıb. Biz səyahətçilərə və daimi müştərilərimizə yeni xoş təcrübə yaşatmağa hazırlaşırıq” - deyə THY İdarə Heyətinin və İcraiyyə Komitəsinin sədri İlker Aycı bildirib.

”Türk Hava Yolları”nın son illər sürətli inkişafı göz qabağındadır. Biz aviaşirkətin növbəti genişlənməni “787 Dreamliner” ilə etməsinə görə çox sevinirik və əminik ki, yeni təyyarənin təklif etdiyi xidmətlər hava yollarının beş ulduzlu aviaşirkət olduğunu bir daha sübut edəcək”, - deyə “Boeing” şirkətinin Satış və marketinq üzrə vitse prezidenti İhsan Munir bildirib.

“Dreamliner”lə baş tutacaq ilk reys İstanbul-Antalya istiqamətində olacaq və 8 iyul tarixində reallaşdırılacaq. 17 iyul tarixində isə təyyarənin ilk beynəlxalq uçuşu İstanbul -Denpasar (Bali) istiqamətində həyata keçiriləcək. Təyyarənin uçuş siyahısına London, Dubay, Vaşinqton, Nyu York, Atlanta, Mexiko, Kankun, Amsterdam, Dehli, Panama və Boqota istiqamətləri daxildir. Artıq bu ilin avqust ayından 6 “787-9 Dreamliner” təyyarəsi beynəlxalq uçuşlarda iştirak edəcək. Bu da “Türk Hava Yolları”nın inkişafında yeni eranın başlanğıcıdır.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az