Haqqımızda Reklam
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə Xeberoxu.Az TV





.




11 Yan
2019
15:53
255



2018-ci ildə 39 748 "E-imza” sertifikatı istifadəyə verilib

Ölkədə "Elektron imza” (E-imza) sertifikatlarının sayının artması ilə yanaşı, ondan istifadə miqyası da genişlənməkdədir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, nazirliyin Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 2018-ci ildə istifadəyə verilən "E-imza” sertifikatlarının sayı 39 748 ədəd təşkil edib. Bu sertifikatlardan 15 254-ü dövlət qurumlarının, 14 900-ü hüquqi şəxslərin, 9 594-ü isə fiziki şəxslərin payına düşüb.

Qeyd edək ki, 2017-ci ildə istifadəyə verilən sertifikatların sayı 26 568 (dövlət qurumları üzrə 9 754, hüquqi şəxslər üzrə 9 518, fiziki şəxslər üzrə 7 296) olub.

İstifadəyə verildiyi gündən 2019-cu ilin 1 yanvar tarixinədək olan statistikaya əsasən, ümumilikdə 166 890 “E-imza” sertifikatı təqdim edilib. Onlardan 91 206-ı dövlət qurumları, 41 612-si hüquqi şəxslər, 34 072-si isə fiziki şəxslər tərəfindən əldə olunub.

Son bir ayda istifadəyə verilən "E-imza” sertifikatlarının sayı isə 3 146 olub. 2018-ci ilin dekabr ayında verilən sertifikatların 1 834-ü dövlət qurumlarının, 828-i hüquqi şəxslərin, 484-ü isə fiziki şəxslərin payına düşüb.

Bununla yanaşı, "E-imza” vasitəsilə həyata keçirilən əməliyyatların sayında da artım qeydə alınıb. Bu günə qədər dövlət qurumları tərəfindən 35 332 921, hüquqi və fiziki şəxslər tərəfindən 9 990 461 olmaqla, ümumilikdə 45 323 382 autentifikasiya və elektron imza əməliyyatı aparılıb. 2018-ci il ərzində isə aparılan əməliyyatların ümumi sayı 15 451 832 olub ki, bu da ümumi aparılmış əməliyyatların təqribən 34%-i deməkdir. Onlardan dövlət qurumlarının payına toplam olaraq 12 127 063, hüquqi və fiziki şəxslərin payına isə toplam 3 324 769 autentifikasiya və elektron imza əməliyyatı düşüb.

"E-imza” virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Qeyd edək ki, Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur.

Xeberoxu.az

Bizimlə əlaqə saxlayın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri








Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az