Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



01 Iyul
2019
23:26
636

01
Iyul
23:26



30 iyul hərracı: özəlləşdirməyə hansı dövlət əmlakları çıxarıldı?

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri 30 iyul tarixində keçiriləcək.

Komitədən XeberOxu.az-a verilən məlumata görə, bu dəfə hərraca çıxarılan səhmdar cəmiyyətləri Bakı, Sumqayıt, Kürdəmir, Beyləqan kimi şəhər və rayonlarda yerləşir. İnvestorlar “Bərdə Kərpic”, “Azinterservis”, “Şəmkir Nəqliyyat Ekspedisiya” kimi dövlət əmlaklarının 30% ilə 45% arasında olan səhm paketlərinin özəlləşməsində iştirak edə bilər. Səhmdar cəmiyyətlərindən biri Oğuz rayonu, Kərimli kəndində yerləşən “Oğuz Kəndkimya”dır. Aqrokimyəvi xidmət və təchizat üzrə fəaliyyət göstərən müəssisənin ümumi torpaq sahəsi 24 min kv.m, tikili sahəsi isə 2.6 min kv.m-dir. Səhmdar cəmiyyətinin ərazisinə inzibati bina, təmir sexi, anbarlar və digər tikililər daxildir. Özəlləşdirməyə çıxarılmış hər bir səhmdar cəmiyyəti haqqında ətraflı məlumat əldə etmək istəyənlər göstərilən linkə (http://www.privatization.az/index.php/az/component/content/article?id=6176) daxil ola bilər.

Qeyd edək ki, hərraca buraxılış tarixi 2004-2009 olan nəqliyyat vasitələri də çıxarılıb. "Nissan", "Renault", "Hyundai" və digər markalardan olan avtomobillərin ilkin hərrac qiymətləri 3 min manatla 8 min manat arasındadır. Özəlləşdirməyə çıxarılan nəqliyyat vasitələri ilə tanış olmaq və sifariş vermək istəyənlər müvafiq linkə (http://privatization.az/index.php/az/sas-s-hif/2016-05-24-10-18-36/naezhliyyat-vasitaelaeri?layout=edit&id=6174 ) daxil ola bilər. İştirak statusu qazanmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinin elektron resursları üzərindən onlayn formada sifariş vermək və dövlət əmlakının hərrac qiymətinin 10%-i məbləğində behi ödəmək kifayətdir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az