Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



02 Iyul
2019
17:57
642

02
Iyul
17:57



Aİİ-də buraxılış işlərinin müdafiəsi davam edir

Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsində bakalavrların buraxılış işlərinin müdafiəsi keçirilib.

İnstitutdan XeberOxu.az-a verilən məlumata görə, buraxılış işlərinin müdafiəsinə 7 nəfərdən ibarət Yekun Dövlət Attestasiya Komissiyası nəzarət edib. BDU-nun Şərqşünaslıq fakültəsinin kafedra müdiri, akademik Vasim Məmmədəliyevin sədirlik etdiyi müdafidə tələbələr buraxılış işlərinin mövzularına uyğun olaraq, komissiya üzvlərini məlumatlandırıblar. Bakalavrlar müəllimlərin suallarını cavablandırıb, opponentlər tərəfindən müsbət rəy alıblar.

Müdafiə prosesində iştirak edən Aİİ rektoru Ceyhun Məmmədov buraxılış işlərini müdafiə edən tələbələrə gələcək fəaliyyətində uğurlar arzulayıb. C.Məmmədov bakalavrların müxtəlif mövzularda yazdıqları buraxılış işlərinin təqdimatını dinləyib, mövzularla ilə bağlı tövsiyələrini verib. Qeyd edib ki, məzunlarımız onlara göstərilən etimadı gələcək həyatlarında öz fəaliyyəti ilə doğruldacaqlarına, doğma vətənimizin adını daim uca tutacaqlarına və layiqincə təmsil edəcəklərinə, ölkəmizin qüdrətlənməsi naminə çalışacaqlarına, onun hərtərəfli inkişafına öz töhfələrini verəcəklərinə inanırıq.

Akademik Vasim Məmmədəliyev tələbələrə uğurlu buraxılış işi müdafiəsinə görə təbrik edib. Bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması ölkəmiz üçün xüsusi əhəmiyyətə malikdir. Akademik gənclərə ixtisaslarının məsuliyyətini xatırladaraq, onlara bu çətin yolda uğurlar arzulayıb.

İlahiyyat fakültəsinin dekanı Mirniyaz Mürsəlov çıxış edərək tələbələrə məzun olduqdan sonra əldə etdikləri bilik və bacarıqları dövlətimizin inkişafı, xalqımızın rifahı naminə sərf edəcəklərinə ümidvar olduğunu bildirib.

Yekun qiymətləndirməyə əsasən, tələbələrin biliyi sonuncu dəfə dəyərləndirilib, bununla da onlar təhsillərini başa vuraraq diplom alacaqlar.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az