Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



11 Sen
2019
16:18
567

11
Sen
16:18



AFFA - Futbol İctimaiyyəti Həmkarlar İttifaqı təsis olunub

AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqının (AFİHİ) təsis konfransı keçirilib.

xeberoxu.az-ın məlumatına görə, yığıncaqda qurumun tərkibi ilə bağlı müzakirələr keçirilib və səsvermə ilə ittifaqın rəhbərliyi müəyyənləşib.

Futbol veteranı, tanınmış futbolçu və məşqçi Nazim Süleymanov AFİHİ-nin sədri seçilib. Seçkilərə əsasən, futbol veteranı, keçmiş oyunçu və məşqçi Novruz Əzimov ittifaqın katibi olub.

AHİFİ-nin təftiş komissiyasının da tərkibi də bəlli olub. Komissiyada veteranlar - Əhmədağa Cabbarov, Cavanşir Novruzov və Səfər Əhədov yer alıblar.

İttifaqın İcraiyyə Komitəsinə seçkilər də baş tutub. Nazim Süleymanov, Səmədağa Şıxlarov, Novruz Əzimov, Əfqan Talıbov, Novil İsmayılov, Naib Abdulla, Asəf Namazov, Anar Xanlarov, Boris Xetaqurov, Babək Alxasov və Orucəli Durmuşov İcraiyyə Komitəsinin üzvü seçilib.

Tədbirdə AFİHİ-nin Nizamnaməsi təsdiqlənib.

Yığıncaqda çıxış edənlər təşkilatın yaradılmasını AFFA-da belə qurum olmamağı ilə əlaqələndiriblər. Yeni yaradılan qurumun AFFA Futbol İctimaiyyəti Həmkarlar İttifaqı adlanacağı açıqlanıb.

N. Süleymanov qurumun yaradılmasının məqsədini və görüləcək işlər barədə danışıb: “Futbolun bu günü, həmçinin, gələcək nəsil üçün çalışan insanlarıq. Azərbaycan futbolunun durumu üçün bir araya gəlmişik. Məqsədimiz birgə çalışıb, Azərbaycan futbolunda pozulan haqq və hüquqları bərpa etməkdir. Gəncə, Sumqayıt və digər rayonları ayırmırıq. Hər biri Azərbaycanın bölgəsidir, Bakıdan kənarda da futbol inkişaf etməlidir. İnanıram ki, gələcəkdə üzvlərimizin sayı daha da artacaq. Bölgələrdə iclaslar keçirib, orada da katiblər seçəcəyik”.

İclasda iştirak edən xalq artisti Ağadadaş Ağayev isə Azərbaycan futbolunun hazırda utancverici olduğunu deyib. O vurğulayıb ki, futbolumuzun musiqimizin gününə düşməsinə imkan verilməməlidir: “Futbolumuzu ürəkağrıdan vəziyyətdən çıxarmalıyıq. Bununla bağlı lazımı yerlərdə də sözümü demişəm. Hətta AFFA prezidenti Rövnəq Abdullayevlə də bu barədə danışmışam”.

Tədbirdə çıxış edənlər Azərbaycan futbolunun çətin vəziyyətdən çıxarmaq üçün lazımı addımları atacaqlarını qeyd ediblər. Bildirilib ki, Slovakiya və digər yığmalara biabırçı məğlubiyyət üçün əcnəbi məşqçiyə və milliləşdirilmiş futbolçuya heç bir ehtiyac yoxdur. Əgər belədirsə, azərbaycanlılar oynayıb təcrübə toplasınlar.

Sonda qurumun işi ilə bağlı videoçarx nümayiş olunub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda xanım sürücü qəza törədib







Arvadını döyüb balkondan atdı, sonra da yatdı.







Piyada keçidinin 5-10 metr yaxınlığından keçən piyadalar da var - REYD







Bərdədə 41 yaşlı kişi evinin qarşısında döyüldü


Digər İdman xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az